Yeni ildə əhalinin sayı 7,444 milyard nəfərə çatacaq

2018-ci il 1 yanvar tarixində Yer kürəsi əhalisinin sayının 7 milyard 444 milyon 443 min 881 nəfərə çatacağı proqnozlaşdırılır. Bunu ABŞ-ın Siyahıyaalma Bürosunun mütəxəssisləri bəyan ediblər. "Gələn ilin yanvarında hər saniyə dünyaya 4,3 körpə gələcək, 11,8 nəfər öləcək", - deyə TASS məlumatı sitat gətirir.

Alimlər xatırladıblar ki, 2011-ci ildə dünya əhalisinin sayı 7 mlrd. nəfərə çatıb və proqnozlara görə, 2050-ci ildə bu rəqəm 9 mlrd. nəfər təşkil edəcək.

Çinin hesablamalarına görə, növbəti 3 il ərzində ölkə əhalisi 20 milyon nəfər artaraq 2020-ci ildə 1,42 milyard nəfərə çatacaq. Əhalisinin sayına görə dünyada ikinci yeri Hindistan (təqribən 1,35 mlrd. nəfər), üçüncü yeri ABŞ (326,6 mln) tutur. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31