Dünya

Ac qalan canavarlar iti belə yedilər

29 Dekabr 2017 15:40

Türkiyənin Ərzurum şəhərində ac qalan canavarlar sahibsiz iti yeyiblər. Hadisə şəhərin Karayazı rayon qəbirstanlığı yaxınında gecə saatlarında baş verib. Şiddətli qar səbəbi ilə ac qalan 8 qurd qaçmağa çalışan iti saniyələr içində parçalayıb, yeyib.

Misirdə terror aktının qarşısı alınıb - 2 polis ölüb

29 Dekabr 2017 15:34

Misirin paytaxtı Qahirədə terror aktının qarşısını almağa çalışarkən iki polis əməkdaşı həlak olub. Məlumata görə, silahlı şəxslər kilsəyə hücum etməyə cəhd göstərib. Hücum edənlərdən biri zərərsizləşdirilib.

Türkiyə və Rusiya arasında S-400 komplekslərinin tədarükü üçün kredit sazişi imzalanıb

29 Dekabr 2017 15:11

Ankarada Türkiyə və Rusiya arasında S-400 zenit-raket komplekslərinin tədarükü üçün kredit razılaşması imzalanıb. Bu barədə TRT məlumat yayıb. 

Səudiyyə planı baş tutmadı - ABŞ və İsrailin VARİANTLARI

29 Dekabr 2017 15:03

“ABŞ və İsrailin İrana qarşı əməkdaşlıq haqqında məxfi razılaşma bağlaması İranın regionda həyata keçirdiyi siyasətə heç vaxt təsir etməyəcək”. Bunu Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin direktoru Aleksey Podberyozkin “RİA-Novosti” agentliyinə açıqlamasında deyib.

Raket səhvən binaya çırpıldı

29 Dekabr 2017 14:53

İsrail ordusu Qəzza şəhərinə 3 raket zərbəsi endirib. Olaylar.az bildirir ki, raketlərin ikisi havadan müdafiə sistemi ilə dəf edilib. Raketlərdən digəri isə bir binaya çırpılıb.

Yeni il gecəsi 7 min 344 polis iş başında olacaq

29 Dekabr 2017 14:37

Türkiyənin Ankara şəhərinin meri Topaca yeni il gecəsində insanlara xidmət edəcək təhlükəsizlik qüvvələrinin sayını açıqlayıb. Olaylar.az bildirir ki, mer  7 min 344 polis və  2 min 400 jandarmnın yeni il gecəsi asayişi qoruyacağı açıqlayıb.

Rusiya Azərbaycan sərhədinə qədər uzanan federal yolun adını dəyişdi

29 Dekabr 2017 14:37

2018-ci ilin 1 yanvar tarixindən etibarən Rusiya federal yollarının nömrələri dəyişdiriləcək, çünki "avtomobil yollarının yeni uçot nömrələrinə keçid başa çatacaq". Bu barədə Rusiyanın Federal Yol Agentliyinin məlumatında bildirilir. Dəyişikliklərə əsasən, Krasnodardan Azərbaycanla sərhədə qədər uzanan "Qafqaz" M-29 yolu bundan sonra "Qafqaz" — R-217 adlanacaq. "R" işarəsi Rusiya Federasiyasının inzibati mərkəzlərini birləşdirən federal və regional əhəmiyyətli yollar üçün istifadə olunacaq. Dəyişikliklər bütün federal yollara toxunacaq.

Ərdoğan: "Bu adamı nə qudurdub? Əlbəttə, neft və pul..."

29 Dekabr 2017 14:34

"Express" qəzeti yazır ki, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri arasında son vaxtlar gərginlik yaşansa da, BƏƏ xarici işlər naziri Şeyx Abdullah bin Zayed əl-Nəhyanın göndərdiyi bir tvit Ankaranı hiddətləndirib.

İranda qadınların geyimi ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

29 Dekabr 2017 14:21

İranda İslam qaydalarına uyğun geyinməyən qadınlar artıq həbs edilməyəcək. Bu barədə Tehranın polis rəisi general Hüseyn Rahim deyib. O bildirib ki, qaydalara uyğun geyinməyən qadınlar məcburi kursdan keçiriləcək: “Həmin qadınlar təcridxanaya aparılmayacaq, barələrində iş qaldırılmayacaq”. İranın “Tasnim” xəbər agentliyinin yaydığı xəbərə görə isə məcburi kurslara cəlb edilən qadınlar bundan sonra da islami qaydada yaxşı örtünməsələr, cəzalandırılacaqlar.

Çində hava çirkləndi: göz-gözü görmür

29 Dekabr 2017 14:03

Çində hava çirklənməsi səbəbindən ən yüksək səviyyədə "narıncı həyəcan" siqnalı verilib. Çin Meteorologiya Mərkəzi tərəfindan edilən xəbərdarlıqda görmə məsafəsinin 100 metr və daha aşağı düşəcəyi bildirilir. Eyni zamanda, təhlükəsizlik tədbirlərinin artırılması tələb olunur.

Ermənistanda maaş ala bilməyən fəhlələr şantaj edilir

29 Dekabr 2017 14:00

Ermənistanın Nairiti zavodunun əməkdaşları Avropa İnsan Hüquqları məhkəməsinə müraciət edəcək. Məlumata görə, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, Nairiti zavodunun fəhlələrinin etiraz aksiyaları keçirdikləri müddət ərzində Ermənistanda 3 baş nazir dəyişib. Ancaq fəhlələrin problemi və tələbləri dəyişməz olaraq qalıb.

Qəhrəman elan edilən zabitdən şok etiraf: FETÖ üzvüyəm...

29 Dekabr 2017 13:57

Türkiyədə 15 iyul çevriliş cəhdi zamanı xəyanətkar əsgərlərə müqavimət göstərməsi səbəbi ilə qəhrəman elan edilən və medalla mükafatlandırılan Quru Qüvvələri komandanı general Yaşar Gülərin mühafizə xidmətinin rəhbəri kapitan Burak Akın polisə təslim olub.

Lavrov: “Çalışırıq, amma yapon imperatorunu devirə bilmirik...”

29 Dekabr 2017 13:55

Moskva 2017-ci il ərzində bir çox xarici dövlətlərin daxili işlərinə təsir etmək üçün çox “əmək sərf edib”. Bu zarafatı NTV televiziyasında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov edib. Televiziyanın aparıcısı Lavrova zarafatla müraciət edərək, ondan bir sıra ölkələrdəki seçkiyə Rusiyanın müdaxiləsini və bundan sonra da Moskvanın bu siyasəti davam etdirib-etdirməyəcəyini soruşub. Lavrov zarafata cavabında “Təkcə Yaponiya imperatorunu devirə bilmirik” deyib:

29 nəfər xarici vətəndaş saxlanıldı

29 Dekabr 2017 13:25

Türkiyənin paytaxtı Ankara şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirilib. Olaylar.az bildirir ki, əməliyyat zamanı 46 şübhəli şəxs saxlanılıb. Saxlanılan 29 nəfər xarici vətəndaşdı.

Yəməndə 6 gündə 150 nəfər öldürülüb

29 Dekabr 2017 13:14

Son 6 gün ərzində Yəməndə Səudiyyə Ərəbistan dövlətinin başçılıq etdiyi koalisiyanın hava hücumları nəticəsində 143 dinc sakin həlak olub. Bu haqda  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat verib. Məlumatda qeyd olunub ki, 22-28 dekabr tarixlərində Yəməndə baş vermiş hava hücumları nəticəsində ümumilikdə 237 nəfər  dinc sakin əziyyət çəkib.