Yəməndə 6 gündə 150 nəfər öldürülüb
Son 6 gün ərzində Yəməndə Səudiyyə Ərəbistan dövlətinin başçılıq etdiyi koalisiyanın hava hücumları nəticəsində 143 dinc sakin həlak olub. Bu haqda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat verib. Məlumatda qeyd olunub ki, 22-28 dekabr tarixlərində Yəməndə baş vermiş hava hücumları nəticəsində ümumilikdə 237 nəfər dinc sakin əziyyət çəkib.
29 Dekabr 2017 13:14 DünyaSon 6 gün ərzində Yəməndə Səudiyyə Ərəbistan dövlətinin başçılıq etdiyi koalisiyanın hava hücumları nəticəsində 143 dinc sakin həlak olub. Bu haqda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat verib. Məlumatda qeyd olunub ki, 22-28 dekabr tarixlərində Yəməndə baş vermiş hava hücumları nəticəsində ümumilikdə 237 nəfər dinc sakin əziyyət çəkib.
Xatırladaq ki, Yəməndəki hərbi qarşıdurmalar 2014-cü ildən bu günə kimi davam edir.
Qeyd edək ki, UNHCR-nin verdiyi məlumata görə, həftə ərzində ümumilikdə qarşıdurmalar nəticəsində 151 dinc sakin həyatını itirib, 120 nəfər isə yaralanıb. Azadinform xarici mətbuata istinadən xəbər verir.