Rusiya Azərbaycan sərhədinə qədər uzanan federal yolun adını dəyişdi
2018-ci ilin 1 yanvar tarixindən etibarən Rusiya federal yollarının nömrələri dəyişdiriləcək, çünki "avtomobil yollarının yeni uçot nömrələrinə keçid başa çatacaq". Bu barədə Rusiyanın Federal Yol Agentliyinin məlumatında bildirilir. Dəyişikliklərə əsasən, Krasnodardan Azərbaycanla sərhədə qədər uzanan "Qafqaz" M-29 yolu bundan sonra "Qafqaz" — R-217 adlanacaq. "R" işarəsi Rusiya Federasiyasının inzibati mərkəzlərini birləşdirən federal və regional əhəmiyyətli yollar üçün istifadə olunacaq. Dəyişikliklər bütün federal yollara toxunacaq.
29 Dekabr 2017 14:37 Dünya2018-ci ilin 1 yanvar tarixindən etibarən Rusiya federal yollarının nömrələri dəyişdiriləcək, çünki "avtomobil yollarının yeni uçot nömrələrinə keçid başa çatacaq". Bu barədə Rusiyanın Federal Yol Agentliyinin məlumatında bildirilir. Dəyişikliklərə əsasən, Krasnodardan Azərbaycanla sərhədə qədər uzanan "Qafqaz" M-29 yolu bundan sonra "Qafqaz" - R-217 adlanacaq. "R" işarəsi Rusiya Federasiyasının inzibati mərkəzlərini birləşdirən federal və regional əhəmiyyətli yollar üçün istifadə olunacaq. Dəyişikliklər bütün federal yollara toxunacaq. Virtualaz.org