Dünya
Çində günəş panelləri ilə təchiz edilmiş yol istifadəyə verilib
Çinin Szinan şəhərində günəş panelləri ilə təchiz edilmiş 1 kilometr uzunluğunda sürət magistralı istifadəyə verilib. Yol örtüyü eyni zamanda ağırlıq yükünə tab gətirməyə və günəş işığını keçirtməyə imkan verən şəffaf və möhkəm materialdan hazırlanıb.
Hollandiyanın böyük layihəsi üzə çıxdı
Hollandiya hökumətinin böyük bir layihəsi üzə çıxıb. Şimal dənizinin Dogger Bank bölgəsində böyük bir külək ferması inşa ediləcək. Bununla da inkişaf etmiş elektrik şəbəkəsi mərkəzi qurmaq nəzərdə tutulub. İnşa ediləcək külək ferması mövud külək fermalarından qat-qat böyük olacaq. Süni ada üzərində istehsal ediləcək elektrik enerjisi İngiltərə və Hollandiyaya, sonra isə Belçika, Almaniya və Danimarkaya ixrac ediləcək.
Uşaqlar üçün “Sophia” robotunun analoqu 2018-ci ildə satışa çıxarılacaq
“Hanson Robotics” şirkəti süni intellektli “Sophia” robotunun analoqunun yaradılması üzrə layihəni başa çatdırıb. “Einstein” adlanan layihə uşaqların məktəbəqədər təhsili və onların ümumi erudisiyasının artırılması üçün nəzərdə tutulub. Yeni qurğunun növbəti ildə satışa çıxarılması planlaşdırılır.
Robot onurğa əməliyyatlarında həkim səhvlərini aradan qaldırmağa kömək edəcək
Statistik məlumatlarda onurğa əməliyyatlarının təxminən 15 faizinin uğursuz olması bildirilir. Məsələ ondadır ki, onurğa sütununda asanlıqla zədələnə bilən çoxlu strukturlar olur. Lakin İsveçrənin Bern Universiteti və “CSEM” Elektronika və Mikrotexnologiyalar Mərkəzinin mütəxəssisləri mürəkkəb əməliyyatların aparılması zamanı riski minimuma endirən yeni texnologiya hazırlayırlar.
Yeni 3D implant sümük sınıqlarını müalicə edərək təbii sümüyə çevrilir
Çoxsaylı sümük sınıqları zamanı metaldan hazırlanmış xüsusi implantdan istifadə olunur. Zədələnmiş sümük sınıqları vint və ştiflərin köməyi ilə bərkidilir və onların bitişməsi təmin olunur. Ancaq bu proses çox ləng və ağrılı gedir.
Yeni “Sharp” smartfonu çərçivəsiz ekran və qoşa kamera ilə təchiz ediləcək
Çinin “TENAA” Sertifikasiya Agentliyinin məlumat bazasında çərçivəsiz ekran və qoşa kamera ilə təchiz ediləcək yeni “Sharp” smartfonu barədə informasiya yerləşdirilib.
20 gün əvvəl boşansalar da, eyni evdə yaşayırlar
5 illik ailə həyatlarına 20 gün əvvəl son qoyan aktrisa Yeliz Şarla aktyor Tolqa Güleç hələ də eyni evdə yaşayırlar. Yeliz anası ilə alış-veriş zamanı görüntülənib. Aktrisa boşanması ilə bağlı suallara hər kəsi təəccübləndirən cavab verib: “Ayrılsaq da, bərabərik. Hələ də eyni evdə yaşayırıq və Yeni ili birlikdə Londonda qarşılayacağıq. Boşanmazdan əvvəl bunu planlaşdırmışdıq.
Uşaq evindən götürdüyü qızına 2 milyonluq ev aldı
62 yaşlı müğənni Nilufər qazandığı pulları daşınmaz əmlaka yatırtmağa davam edir. İfaçı 1999-cu ildə uşaq evindən övladlığa götürdüyü qızı Ayşe Nazlı Yumluiya 2 milyon lirəyə (təxminən 1 milyon manat) ev alıb. 18 yaşlı qızına evi hədiyyə edən Nilufər Nazlını “ən yaxın rəfiqəm” adlanıdırıb.
7 aylıq eşq bitdi
Müğənni Betül Demir 7 aydır münasibətdə olduğu futbolçu sevgilisi Ergin Keleşdən ayrılıb. Cütlüyün ayrılıq səbəbi bilinmir. İyundan münasibətə başlayan Betüllə Ergin hər zaman bir-birlərini çox sevdiklərini söyləsələr də, bundan sonra bir araya gəlməyəcəklər.
“3D” printerdə çap edilən aviamühərrikin uğurlu sınaqları keçirilib
“GE Aviation” şirkəti detallarının 30 faizinin üçölçülü printerdə çap edildiyi turbovintli mühərrikin sınaqlarını keçirib. Mühərrikin Praqada “Cessna Denali” təyyarəsində tam funksional testi uğurla başa çatıb.
Yeni ili qarşılaya biləcəyiniz ən gözəl şəhərlər - SİYAHI
Yeni ilə sayılı günlər qalıb. “Yeni il xarici ölkələrdə daha gözəl qeyd olunur”, - deyə düşünürsüzsə, Ailem.az Yeni ili keçirə biləcəyiniz ən gözəl şəhərləri təqdim edir.
İsrail ordusu Qəzza zolağında əməliyyata başlayıb
İsrail ordusu Qəzza zolağında əməliyyata başlayıb. Məlumata görə, Qəzzadan atılan raket atəşinə cavab olaraq, İsrail hərbçiləri silhalı qruplaşmaların mövqelərinə hücum edib.
Doğum zamanı ŞOK HADİSƏ: uşağın başı bədəndən ayrılaraq ananın BƏTNİNDƏ QALDI
Doğum zamanı uşağın başı qoparaq ananın bətnində qalıb. Hadisə Argentinanın şimal-şərq bölgəsində yerləşən Tarqatal şəhərindəki xəstəxanalardan birində baş verib. Məlumata görə, 30 yaşlı Valazquez 22 həftəlik hamilə olub.
İranda bahalaşmaya etiraz olaraq aksiyalar keçirilib
İranda bahalaşmağa etiraz əlaməti olaraq aksiyalar keçirilib. Məlumata görə, müxalifətin bütün şəhərlərdə etiraz aksiyası ilə bağlı çağırışına cavab olaraq, bu gün cümə namazından sonra insanlar ayrı-ayrı şəhərlərdə etiraz aksiyaları təşkil ediblər. İranın Məşhəd və Kirmanşah şəhərlərində nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Təbrizdə keçirilə etiraz aksiyasının sosial mediada videosu yayılıb.
İŞİD İraqda əks hücumlara başladı
İŞİD terror qruplaşması İraqda əks hücumlara başlayıb. Bu barədə "Telegram" sosial şəbəkəsində terrorçuların fəaliyyətini işıqlandıran "Directorate 4" kanalı məlumat yayıb.














