İranda bahalaşmaya etiraz olaraq aksiyalar keçirilib
İranda bahalaşmağa etiraz əlaməti olaraq aksiyalar keçirilib. Məlumata görə, müxalifətin bütün şəhərlərdə etiraz aksiyası ilə bağlı çağırışına cavab olaraq, bu gün cümə namazından sonra insanlar ayrı-ayrı şəhərlərdə etiraz aksiyaları təşkil ediblər. İranın Məşhəd və Kirmanşah şəhərlərində nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Təbrizdə keçirilə etiraz aksiyasının sosial mediada videosu yayılıb.
29 Dekabr 2017 16:48 Dünyaİranda bahalaşmağa etiraz əlaməti olaraq aksiyalar keçirilib. Məlumata görə, müxalifətin bütün şəhərlərdə etiraz aksiyası ilə bağlı çağırışına cavab olaraq, bu gün cümə namazından sonra insanlar ayrı-ayrı şəhərlərdə etiraz aksiyaları təşkil ediblər. İranın Məşhəd və Kirmanşah şəhərlərində nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Təbrizdə keçirilə etiraz aksiyasının sosial mediada videosu yayılıb.
Qeyd edək ki, dünən Məşhəd və digər şəhərlərdə keçirilən etiraz aksiyaları ilə bağlı 52 nəfərin saxlanıldığı bildirilir. Apa.az "Milliyyet"ə istinadən xəbər verir.