Dünya

Qorxunc soyuqlar gəlir: Yer kürəsi...

30 Dekabr 2017 18:56

İngiltərənin Northumbria Universitetinin elm adamları gələcək 30 ildə Yer planetinin kiçik buz dövrünə girəcəyini açıqlayıb. Onlar havadakı istiliyin 2021-ci ildən etibarən azalacağını və Günəşin elektromaqnit fəaliyyətində dəyişikliklər olacağını bildirib. Bu dəyişiklik Günəşdəki ləkə sayını azaldacaq və Yerdəki atmosferin soyumasına səbəb olacaq.

Türkiyənin S-400 almasına ABŞ-dan REAKSİYA

30 Dekabr 2017 18:52

Rusiya ilə Türkiyə arasında “S-400” raketdən müdafiə sisteminin satılması mövzusunda imzalanan razılaşmadan sonra ABŞ ilk dəfə rəsmi açıqlama verib. Adının açıqlanmasını istəməyən Pentaqon nümayəndəsi “Sputnik” kanalına verdiyi açıqlamada havadan müdafiə sisteminin Türkiyənin təhdidlərdən qorunması üçün ən yaxşı variant olduğunu deyib.

İranda ikinci inqilab: ABŞ xaos ssenarisini işə salır

30 Dekabr 2017 17:27

“İslam dövləti istəmirik!”. İranda Məşhəd və Kirmanşah başda olmaqla bir sıra şəhərdə iki gün öncə başlanan etiraz aksiyaları davam edir. İndiyə qədər İranda baş verən və sonradan səngiyən, yaxud yatırılan aksiyalar müşahidə olunub. Lakin hazırda davam edən aksiyanın hansı şüar altında başlayaraq, hansı şüarlara qədər gəlib çıxması diqqət çəkir: Etirazçılar bahalığa, işsizliyə, korrupsiyaya və digər sistemdaxili problemlərə qarşı küçələrə çıxdılar. Ardınca “Ruhaniyə ölüm!”, “Suriyadan çıxın, bizi fikirləşin!”, “Qəzza yox, Livan yox, İran üçün!” kimi siyasi şüarları eşidildi. Nəhayət, “Mollalara ölüm!”, “İslam dövləti istəmirik!” şüarları İran İslam İnqilabından başlayaraq, 38 il ərzində davam edən ideoloji quruluşun əleyhinə çevrildi. Aksiyalara bu şüarların fonunda yanaşdıqda İranda “inqilabın” hazırlandığı fikri önə çıxır, həm də baş verənlərdə “ərəb baharı” ssenarisinin elementləri də görünür.

Yunanıstandan Türkiyə ilə bağlı XAİN ADDIM

30 Dekabr 2017 17:24

Yunanıstana qaçan 8 türkiyəli hərbçi ilə bağlı yeni qərar açıqlanıb. 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhd edən 8 hərbiçi sərhədi keçərək Yunanıstana keçib. Yunanıstanın Ali Məhkəməsi 8 hərbçidən birinə sığınacaq verilməsi tələbini qəbul edərək onu sərbəst buraxıb.

Ərdoğanın qol saatı ilə bağlı SİRR AÇILDI: sən demə... - FOTO

30 Dekabr 2017 17:22

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Prezidentin qolundakı saat “Vətən” qəzetinin muxbirinin gözündən qaçmayıb və o, Ərdoğandan saatın hekayəsini soruşub.

Kəskin soyuqlar və donvurmadan 7 nəfər öldü

30 Dekabr 2017 10:44

ABŞ-ın şimal və şərq bölgəsində kəskin soyuqlar və donvurma nəticəsində azı 7 nəfər ölüb. Çikaqo şəhəri yaxınlığında iki, Kanzas ştatında dörd, Cənubi Dakotada isə bir nəfər anomal soyuqların qurbanı olub. Bəzi ərazilərdə havanın temperaturu mənfi 17 dərəcəyədək düşüb.

Şimali Koreya 2018-ci ildə də DAYANMAYACAQ

30 Dekabr 2017 10:43

Koreya Xalq Demokratik Respublikası 2018-ci ildə öz nüvə proqramı üzərində işləri dayandırmaq fikrində deyil. Bu barədə Şimali Koreyanın rəsmi “STAK” informasiya agentliyinin yaydığı məlumatda bildirilir.

Çörək almağa gələn 17 yaşlı qızı 63 yaşlı satıcı zorladı və... - ŞOK OLAY

30 Dekabr 2017 10:41

Türkiyənin Antalya şəhərində dəhşətli hadisə baş verib. Antalyanın Manavat bölgəsində yaşayan 17 yaşlı Ş.Ö. axşam saatlarında dükana çörək almağa gedib. Ətrafda heç kimin olmadığını görən satıcısı 63 yaşlı kişi qızı mağazaya salaraq ona təcavüz edib.

Sərhəddə növbəti zəlzələ

30 Dekabr 2017 09:26

İran-İraq sərhədində 4,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İranın Sərpol Zəhab şəhərindən 41 km şimal-qərbdə, ocağı 14 km dərinlikdə yerləşib.

DƏHŞƏT: Yaş 9, başlanğıc qiyməti 15 min dollar - VİDEO

30 Dekabr 2017 09:15

Suriya və İraqda İŞİD üzərində qələbə haqqında elandan sonra da yüzlərlə yezidi qadın terrorçularda girovda qalır. Bəziləri qaçaraq xilas olmağa müvəffəq olur.

İsrail YUNESKO-nu tərk edir

30 Dekabr 2017 09:07

YUNESKO-nun baş katibi Odre Azule İsrail hökumətindən ölkənin təşkilat sıralarından çıxmasına dair bildiriş alıb. İsrail BMT-nın Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatına 1949-cu ildə daxil olub.

Gecə klubunda partlayış

30 Dekabr 2017 09:05

Kolumbiyanın Kaukasiya şəhərində gecə klubunda qumbara partlayıb. Hadisə nəticəsində azı 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəzzada qarşıdurma: yüzlərlə yaralı

30 Dekabr 2017 09:03

Qəzza zolağında İsrail hərbçiləri ilə baş verən qarşıdurmalar zamanı yüzlərlə fələstinli yaralanıb.Bu barədə Fələstin Dövlətinin Səhiyyə Nazirliyindən bildiriblər.

İspaniyalı alimlər itkin düşmüş insanların axtarışı üçün mobil proqram hazırlayıblar

29 Dekabr 2017 20:06

İspaniyanın Alikante Universitetinin alimləri tərəfindən hazırlanmış mobil proqram meşə və dağlarda itkin düşmüş insanların axtarışına kömək edəcək.