Dünya
İranda etriaz aksiyaları keçirilir: Ölənlər var –VİDEO
İranın Lurestan vilayətində yerləşən Dordu şəhərində polislə toqquşma zamanı iki nəfər ölüb. Biymətlərin baha olmasına etiraz edən minlərlə insan üç gün əvvəl İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. İqtisadi tələblərə tez bir zamanda siyasi tələblər də əlavə olunub.
Doğuş zamanı komaya girdi - 7 il sonra ayıldı
Serbiyada maraqlı hadisə baş verib. Doğum əsnasında qan zəhərlənməsinə görə komaya girən serbiyalı Daniela Kovaçeviç qızını yalnız 7 il sonra görə bilib. 2010-cu ildə komaya düşən Danielanın oyanacağına inanmayan həkimlər bu hadisə qarşısında təəccüblərini gizlədə bilməyiblər.
Göy rəngli avtomobillərə MİNMƏYİN! - SƏBƏB
ABŞ, Sinqapur və Çin alimləri rənglərə görə ən təhlükəli olan avtomobilləri müəyyən ediblər. “Proceedings of the National Academy of Sciences” jurnalı xəbər verir ki, tədqiqatçılar hər 1000 avtomobil arasında göy rəngli maşında qəzaya uğrama ehtimalının sarı rəngə nisbətən 9 faiz çox olduğunu müəyyən ediblər.
İŞİD-in prokuroru saxlanıldı - FOTO
Türkiyənin Şanlıurfa vilayətində İŞİD üzvlərinə qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində İŞİD-in Suriyanın Raqqa vilayətindəki prokuroru saxlanılıb.
Təyyarə qəzaya uğradı: 6 nəfər öldü
İranda internet kəsildi: Etirazlara görə
Üç gün əvvəl İranın Məşhəd şəhərində hökumətə qarşı başlanan kütləvi etirazlarla əlaqədar Tehran hökuməti bəzi qabaqlayıcı tədbirlər həyata keçirib. Ölkədə internetin verilməsinə uzun müddətli suni fasilələr yaradılıb.
İsraildə korrupsiya əleyhinə kütləvi etiraz aksiyaları keçirilib
İsrailin bir neçə şəhərində korrupsiya əleyhinə növbəti kütləvi etiraz aksiyaları keçirilib. Təl-Əvivdə təşkil olunan aksiyada 2 min etirazçı iştirak edib. Paytaxtdakı aksiyaya qatılan etirazçılar hazırda korrupsiya cinayəti ilə əlaqədar barəsində istintaq tədbirləri görülən ölkənin baş naziri Binyamin Netanyahunun istefaya getməsini tələb ediblər. Etiraz aksiyaları həmçinin Qüds, Hayfa və Afulada keçirilib.
Rəqqada İŞİD qurbanlarının kütləvi məzarlıqları aşkarlanıb
Suriyanın Rəqqa şəhərinin ətrafında İŞİD qurbanlarının iki kütləvi məzarlığı aşkarlanıb. Xəndəklərdən birində qətlə yetirilmiş 115 insanın cəsədi aşkarlanıb. Meyitlər tanınması üçün hərbi hospitala gətirilib.
Keçmiş prezident 3 il müddətinə həbs olundu
Misir məhkəməsi keçmiş prezident Məhəmməd Mursini 3 illik həbsə məhkum edib. Mursi ədliyyə sistemini təhqir etməkdə günahkar bilinib. Misirin Dövlət Televiziyasının verdiyi məlumata görə, dekabrın 30-da Qahirə məhkəməsi qərar verib ki, Mursi 4 il əvvəl ictimai çıxışında ədliyyə sistemini gözdən salmağa çalışıb, məqsədi isə “nifrət yaymaq”, qızışdırmaq olub. Televiziya məsələnin təfərrüatı ilə bağlı əlavə məlumat vermir.
Gürcüstandan Yunanıstana uçan təyyarəni ildırım vurdu
Gürcüstandan Yunanıstana uçan sərnişin təyyarəsini ildırım vurub. İldırım vuran təyyarə “Wizz Air” aviaşirkətinə məxsus olub.
"Taliban"ın 10 yaraqlısı məhv edildi
Əfqanıstanın Uruzqan əyalətində “Taliban” hərəkatının ən azı 10 yaraqlısı məhv edilib. Bu barədə yerli polisə istinadən “TOLO News” məlumat yayıb.
Ərdoğan viza böhranında ABŞ-ı ittiham edir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Vaşinqton arasında yaranmış viza böhranına görə Amerikanı ittiham edib. Ərdoğanın sözlərinə görə, ABŞ viza böhranını özü başladı və özü də bitirdi.
Xəstəxanaya gətirilən 2 azyaşlı qız HAMİLƏ ÇIXDI
Şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edən 15 yaşlı qızların hamilə olduqları ortaya çıxıb. Hadisə Sakaryanın Akyazı rayonunda baş verib. 15 yaşlarında 2 qız qarın nahiyələrində şiş və ağrılarla xəstəxanaya gətirilib.
Sankt-Peterburqda partlayış törədən şəxs saxlanıldı
Rusiyanın Federal Təhlükəsizlik Bürosu (FTB) Sankt-Peterburqdakı mağazalardan birində partlayış törətmiş şəxsi saxlayıb. Bu barədə FTB məlumat yayıb.
İlin ən çox qazanan yazıçıları - SİYAHI
Amerikanın ən məşhur iqtisadiyyat jurnalı olan "Forbes" 2017-ci il üçün yekun siyahı hazırlayıb. Siyahıda il ərzində ən çox qazanan yazıçıların adları yer alır. "Harry Potter" kitabının yazarı Roulinq 95 milyon dollarla siyahıya liderlik edir. İlin ən çox gəlir əldə edən yazıçısı bununla artıq 3-cü dəfədir ki Forbes siyahısına əlavə edilir.














