Dünya
Xəstəxanada partlayış
Pakistanın Pencab əyalətində xəstəxanada partlayış baş verib. İnsident Attok şəhərində qeydə alınıb. İlkin məlumata əsasən, xəstəxanada qaz balonu partlayıb. Hadisə nəticəsində ikisi uşaq olmaqla 6 nəfər ölüb, 10-dan çoxu yaralanıb.
Polisə hücum: 3 nəfər...
Fransanın hüquq-mühafizə orqanları Yeni İl ərəfəsində polis patruluna hücum edən üç nəfəri saxlayıb. Hadisə Paris yaxınlığında baş verib. Hücumda əlli nəfərə yaxın insan iştirak edib.
Futbolçu ona qırmızı vərəqə göstərən HAKİMİ ÖLDÜRDÜ - FOTO
Meksikanın həvəskar futbol komandalarından birinin oyunçusu hakim Xose Valdemar Ernandes Kapitilyonu ona qırmızı kart göstərək meydandan uzaqlaşdırdığına görə öldürüb. Bu barədə "The Daily Mail" xəbər verib.
Yerli millətə qaynayıb-qarışmayan gəlmələri cəzalandıracaqlar
"Independent" yazır ki, Avstriyanın yeni hökuməti "öz mədəniyyətlərinə bağlılığını saxlayan və Avstriya cəmiyyətinə inteqrasiya olunmaq istəməyən" mühacirlərə qarşı "maliyyə sanksiyaları" tətbiq etməyə hazırlaşır.
Milyonlarla şarın havaya buraxılmasıyla baş verən faciə - VİDEO - FOTO
İranda həyəcan: Ölü sayı 10-a çatdı
Kosta-Rikada təyyarə qəzası: 12 nəfər həlak oldu
Kosta-Rikanın şimal-qərbindəki Quanakasta bölgəsində təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub.
Kim Çen In HƏDƏLƏDİ: "Nüvə düyməsi masamın üzərindədir, ABŞ-ın bütün əraziləri..."
"Nüvə düyməsi mənim masamın üzərindədir". Bunu Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In yeni il münasibətilə xalqa müraciətində söyləyib.
Putinin məxfi ordusu: ondan necə istifadə olunur?
"Sandey Tayms" ("The Sunday Times") qəzeti yazır ki, Suriyada Rusiyanın məxfi muzdlular ordusuna daxil olan minlərlə döyüşçü Moskvaya müharibə itkilərinin sayını azaltmaq imkanı verir. Belə ki, Moskva yalnız rəsmi hərbi xidmətdə olanların itkiləri barədə məlumatları açıqlayır.
İranda etirazlar DAVAM EDİR: Azərbaycan şəhərində ölüm - VİDEO
İranda hakimiyyətə və dini rejimə qarşı etirazlar dünən gecə də davam edib. Etirazların ən aktiv olduğu məkan yenə də paytaxt Tehran olub. Burada etiraz aksiyaları gecə saatlarına qədər davam edib. Etirazlar zamanı onlarla etirazçı həbs edilərək, naməlum istiqamətə aparılıb.
Mərakeşli tələbələr kosmonavtlarla ünsiyyətə girəcəklər
Ərəb dünyasında ilk dəfə olaraq, Beynəlxalq Kosmik Stansiya və mərakeşli tələbələr arasında video-konfrans təşkil ediləcək. Milli İnformatika və Sistem Analizi Məktəbinin seçilmiş 20 tələbəsi Beynəlxalq Kosmik Stansiyada olan kosmonavtlarla ünsiyyətə girəcəklər. Video-konfransın 2018-ci ilin yanvarında reallaşdırılacağı bildirilib.
DUBAYDA MÖHTƏŞƏM YENİ İL ATƏŞFƏŞANLIĞI- MÜTLƏQ BAXIN-VİDEO
"Telegram" və "Instagram"-a giriş bağlandı
İran hakimiyyəti hökumət əleyhinə keçirilən aksiyalar fonunda “Instagram” sosial şəbəkəsi və “Telegram”-a girişi müvəqqəti bağlayıb. Bu barədə İranın IRIB Dövlət Televiziyası məlumat yayıb.
Polis düşərgəsinə terror hücumu
Bu gün qumbaraatanla silahlanmış iki terrorçu Hindistan polisinin Kəşmir ştatındakı ehtiyat qüvvələr düşərgəsinə hücum edib. Terrorçular düşərgədəki hospitalı hədəf seçiblər. Atışma zamanı hüquq-mühafizə orqanlarının 4 əməkdaşı ölüb, 2 polis əməkdaşı yaralanıb. Bir neçə saat davam edən əməliyyat nəticəsində binada gizlənən terrorçular neytrallaşdırılıb.
"Hakan Şükürün seçimi onu vətən xaini etdi"
Türkiyənin tanınmış futbol məşqçisi Yılmaz Vural FETÖ terror təşkilatı ilə əlaqəsinə görə barəsində Türkiyə hökuməti tərəfindən həbs qərarı çıxarılan Hakan Şükür haqqında danışıb. Təcrübəli mütəxəssis bunları deyib:














