Kosta-Rikada təyyarə qəzası: 12 nəfər həlak oldu

Kosta-Rikanın şimal-qərbindəki Quanakasta bölgəsində təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub.

Kosta-Rikanın şimal-qərbindəki Quanakasta bölgəsində təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, həlak olanların 10 nəfəri turistlər, 2 nəfəri pilotlardır.

Yerli "Nature Air" aviaşirkətinə məxsus "Cessna 208 Caravan" təyyarəsinin sərnişinləri ABŞ vətəndaşları idilər.

Qəzada bir ailə tamamən həlak olub. Onlar Bryus Şteynberq, İren Şteynberq, Metyu Şteynberq, Uilyam Şteynberq və Zaxari Şteynberqdir.

Digər qurbanlar Mitçell Vays, Lesli Levin Vays və onların qıhları Hanna Ma Vays, habelə Amanda Rey Qeyssler və Cin Vinq Setodur.

Şteynberqlər ailəsi ABŞ-ın Nyu-York ştatındakı Vestçester bölgəsinin, Skarsdeyl şəhərinin sakinləri idilər.

Pilotlar Xuan Manuel Retana və Emma Ramos olublar.

Kosta-Rika Mülki Aviasiya Agentliyinin direktoru Eniu Kubilyonun dediyinə görə, "Nature Air" aviaşirkətinin çarter reysini yerinə yetirən təyyarəsi bazar günü yerli vaxtla 11.10-da Punta-İslita şəhərinin aerodromundan səmaya qalxaraq San-Xoseyə yönəlib.

Qəza 12.16-da baş verib.

Kosta-Rikanın sabiq prezidenti Laura Şinşillanın dediyinə görə, Retana onun yaxın qohumudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31