İranda həyəcan: Ölü sayı 10-a çatdı
1 Yanvar 2018 18:47 Dünyaİranda bazar günü keçirilmiş etirazlar zamanı azı 10 nəfər ölüb, dövlət televiziyası detallı məlumat vermədən bildirib. "Ötən axşam baş vermiş hadisələr zamanı bir neçə şəhərdə, təəssüf ki, 10-a yaxın insan həyatını itirib", Reuters sitat gətirib. BBC Monitorinq İran mediasına istinadən yazır ki, indiyədək təxminən 200-dək insan saxlanıb. Tehran valisinin köməkçisi Əli Əşgar Naserbaxt bildirib ki, saxlanılanların azı 40 nəfəri etirazçıların liderləridir. Bazar günü nümayişlərində polislərin etirazçı qruplara yüksək təzyiqli su ilə müdaxilə etdiyi deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31