Polis düşərgəsinə terror hücumu
Bu gün qumbaraatanla silahlanmış iki terrorçu Hindistan polisinin Kəşmir ştatındakı ehtiyat qüvvələr düşərgəsinə hücum edib. Terrorçular düşərgədəki hospitalı hədəf seçiblər. Atışma zamanı hüquq-mühafizə orqanlarının 4 əməkdaşı ölüb, 2 polis əməkdaşı yaralanıb. Bir neçə saat davam edən əməliyyat nəticəsində binada gizlənən terrorçular neytrallaşdırılıb.
31 Dekabr 2017 20:01 DünyaBu gün qumbaraatanla silahlanmış iki terrorçu Hindistan polisinin Kəşmir ştatındakı ehtiyat qüvvələr düşərgəsinə hücum edib. Terrorçular düşərgədəki hospitalı hədəf seçiblər.
Atışma zamanı hüquq-mühafizə orqanlarının 4 əməkdaşı ölüb, 2 polis əməkdaşı yaralanıb. Bir neçə saat davam edən əməliyyat nəticəsində binada gizlənən terrorçular neytrallaşdırılıb.
Polis düşərgəsinə hücuma görə məsuliyyəti Mövlan Məsud Əzharın rəhbərlik etdiyi "Ceyş-əl-Muhamməd" terrorçu təşkilatı öz üzərinə götürüb.