İsrail YUNESKO-nu tərk edir

YUNESKO-nun baş katibi Odre Azule İsrail hökumətindən ölkənin təşkilat sıralarından çıxmasına dair bildiriş alıb. İsrail BMT-nın Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatına 1949-cu ildə daxil olub.

YUNESKO-nun baş katibi Odre Azule İsrail hökumətindən ölkənin təşkilat sıralarından çıxmasına dair bildiriş alıb.

İsrail BMT-nın Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatına 1949-cu ildə daxil olub.

2016-cı ildə təşkilatın icraiyyə şurası Qüds üzrə qətnamə qəbul edərək rəsmi Tel-Əvivin müsəlmanların "Əl-Əqsə" məscidini ziyarətinə maneələr törətməsini pisləyib.  Bundan sonra İsrail hökuməti YUNESKO ilə əməkdaşlığı dayandırdığını bəyan edib.

Qeyd edək ki, bu ilin oktyabrında ABŞ təşkilatdan çıxdığını bildirib.

A24.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31