ABŞ və İsrail arasında İrana qarşı MƏXFİ SAZİŞ

ABŞ və İsrail İrana qarşı əməkdaşlıq haqqında məxfi razılaşma bağlayıb. Bu haqda İsrailin “Channel 10 News” telekanalına istinadən “İnterfaks-Ukrayna” agentliyi bildirib. Tərəflər cari ilin dekabrın 12-də Vaşinqtonda razılığa gəliblər. Xəbərə görə, razılaşmanın əsas hədəfi İranın raket-nüvə proqramının reallaşmasının və Tehranın regionda aktivləşməsinin qarşısını almaqdır.

ABŞ və İsrail İrana qarşı əməkdaşlıq haqqında məxfi razılaşma bağlayıb. Bu haqda İsrailin "Channel 10 News" telekanalına istinadən "İnterfaks-Ukrayna" agentliyi bildirib. Tərəflər cari ilin dekabrın 12-də Vaşinqtonda razılığa gəliblər. Xəbərə görə, razılaşmanın əsas hədəfi İranın raket-nüvə proqramının reallaşmasının və Tehranın regionda aktivləşməsinin qarşısını almaqdır.

Razılaşmaya əsasən, 4 qrup yaradılıb. Birinci qrupunun vəzifəsi Suriyada İran və Livanın "Hizbullah" təşkilatı ilə əlaqələrinin qarşısını alınmaqdır. İkinci qrup İranın nüvə silahı əldə etməsinə maneə yaradan məxfi əməliyyatlar keçirəcəklər. Üçüncü qrup İran raket proqramının həyata keçirilməsinə maneələr yaradacaq. Sonuncu qrup isə regionda İranın aktivləşməsinə və "Hizbullah"la əlaqələrinə maneələr yaradılması üçün işləyəcək.

Danışıqların ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmaster və onun israilli həmkarı Meir Ben Şabatın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında aparıldığı bildirilir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31