Səudiyyə Ərəbistanı ziyarətçi sayını 7 milyondan 30 milyona qaldıracaq

Səudiyyə Ərəbistanı Ümrə və Məkkə ziyarətçilərinin sayını 30 milyona çatdırmaq üçün yeni layihələr həyata keçirməyi planlaşdırır. Ölkənin rəsmi xəbər agentliyi SPA-nın yaydığı məlumata görə, Ciddə şəhərində “Məkkənin abadlaşdırılması” sərgi və konfransı keçirilib. Sərgiyə ictimai və özəl sektordan qurumlar və nazirliklərin təmsilçiləri qatılıb.

Səudiyyə Ərəbistanı Ümrə və Məkkə ziyarətçilərinin sayını 30 milyona çatdırmaq üçün yeni layihələr həyata keçirməyi planlaşdırır. Ölkənin rəsmi xəbər agentliyi SPA-nın yaydığı məlumata görə, Ciddə şəhərində "Məkkənin abadlaşdırılması" sərgi və konfransı keçirilib. Sərgiyə ictimai və özəl sektordan qurumlar və nazirliklərin təmsilçiləri qatılıb.

Mərasimdə Məkkə şəhərinin 30 milyon ziyarətçini qonaq edə biləcək potensiala sahib olması üçün abadlıq və bərpa işlərini ehtiva edən layihələrin maketləri və detalları təqdim edilib. Layihədə şəhərin, xüsusilə, Kəbənin ətrafının genişləndirilməsi, elektrik, su və səhiyyə sahələrində yeniliklər edilməsi, hotellərin sayının artırılması, dəmiryolunun uzadılması, hava limanlarının böyüdülməsi kimi işlər nəzərdə tutulub. Bərpa işlərinin 2030-cu ilədək başa çatdırılması gözlənilir. Səudiyyə Ərəbistanı hazırda hər il 5 milyon Ümrə, 2 milyon Məkkə ziyarətçisini qonaq edir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31