Poroşenko: “Bu tarixdə Rusiya imperiyası...”
“Rusiya imperiyasının dəmir pərdəsi dağıdılıb”. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko deyib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə vizasız rejimin tətbiqi 2017-ci ildə ölkənin əsas nailiyyətidir. “İyunun 11-dən Ukrayna pasportuna hörmət etməyə başladılar. Hər bir ukraynalı biometrik pasportlarla, ayaq üstə növbələr gözləmədən, viza üçün vəsait ödəmədən Avropa İttifaqına azad səyahət edə bilər. Bu tarixdə Rusiya imperiyasının dəmir pərdəsi və ya SSRİ dağıdıldı”, - Ukrayna lideri bildirib.
29 Dekabr 2017 13:09 Dünya"Rusiya imperiyasının dəmir pərdəsi dağıdılıb". Bunu Ukrayna prezidenti Pyotr Poroşenko deyib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə vizasız rejimin tətbiqi 2017-ci ildə ölkənin əsas nailiyyətidir. "İyunun 11-dən Ukrayna pasportuna hörmət etməyə başladılar. Hər bir ukraynalı biometrik pasportlarla, ayaq üstə növbələr gözləmədən, viza üçün vəsait ödəmədən Avropa İttifaqına azad səyahət edə bilər. Bu tarixdə Rusiya imperiyasının dəmir pərdəsi və ya SSRİ dağıdıldı", - Ukrayna lideri bildirib.
Poroşenko avqustun sonunda qeyd edib ki, Ukrayna heç vaxt SSRİ və Rusiya imperiyasının tərkibinə qayıtmayacaq". Dövlət başçısı ölkənin "geri qayıdış nöqtəsi"ni keçdiyini deyib. Publika.az UNİAN agentliyinə istinadən xəbər verir.