London Feysbuk və Tvitteri hədələdi: “Rusiya barədə informasiyalar…”
Böyük Britaniya Feysbuk və Tvitter sosial şəbəkələrin sahiblərinə ultimatum göndərib. Bu haqda Britaniya parlamentinin mədəniyyət və idman komitəsinin sədri Demien Kollins söyləyib. Onun sözlərinə görə, yanvarın 18-nə kimi sosial şəbəkələrin köməyilə Rusiyanın “Breksit” üzrə referenduma müdaxiləsi barədə informasiyalar verilməsə, Feysbuk və Tvitterə qarşı sanksiyalar tətbiq ediləcək.
29 Dekabr 2017 12:54 DünyaBöyük Britaniya Feysbuk və Tvitter sosial şəbəkələrin sahiblərinə ultimatum göndərib. Bu haqda Britaniya parlamentinin mədəniyyət və idman komitəsinin sədri Demien Kollins söyləyib. Onun sözlərinə görə, yanvarın 18-nə kimi sosial şəbəkələrin köməyilə Rusiyanın "Breksit" üzrə referenduma müdaxiləsi barədə informasiyalar verilməsə, Feysbuk və Tvitterə qarşı sanksiyalar tətbiq ediləcək.
Qeyd edək ki, London Rusiyanı "Breksit" üzrə referenduma müdaxilə etməkdə ittiham edir. Britaniyanın xarici işlər naziri Boris Consonun ötən həftə Moskvaya səfəri zamanı Sergey Lavrovla bu mövzu ətrafında mübahisəsi yaşanıb.
XİN başçılarının görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında S. Lavrov B. Consonun Rusiyanın Britaniyada keçirilən referenduma (Brexit) Moskvanın müdaxiləsi ilə bağlı əllərində heç bir sübut olmadıqlarını dediyini bildirib. B. Conson isə həmkarına etiraz edərək belə fikir işlətmədiyini söyləyib: "Mən demişəm ki, Rusiyanın "Brexit"ə uğurlu müdaxiləsi ilə bağlı sübut yoxdur. Bu, o demək deyil ki, Rusiya müdaxilə etməyib. Müdaxilə edib, lakin uğurlu olmayıb. Rusiyanın Almaniya, İtaliya, Fransa və ABŞ-da keçirilən seçkilərə müdaxilə etməsina dair çoxlu faktlar var".
S. Lavrov cavabında "müdaxilə etmişiksə, dəlil-sübut olmalıdır", - deyə bildirib.
Britaniyalı nazir isə rusiyalı həmkarını referenduma müdaxilə cəhdlərini etiraf etməyə çağırıb: "Sergey, mən sizin reputasiyanızla bağlı narahatam. Fikrimcə, bu çox vacibdir ki, siz bizim seçkilərə və referenduma müdaxilə cəhdlərini etiraf edəsiniz. Necə olursa olsun, bu müdaxilə uğursuz nəticələnib. Əmin olun ki, bu, çox vacibdir. Mənə elə gəlir ki, müdaxilə cəhdləri uğurlu olsaydı, hər şey başqa cür ola bilərdir".
Lavrov Consonun bu replikasına belə cavab verib: "Həmişəki kimi, faktları görmək istəyərdik. Faktlarsız danışmaq çox çətindir". B. Conson isə "yaxşı, yaxşı" deyə yaranan söz duelinə son qoyub. Publika.az "The Guardian" nəşrinə istinadən xəbər verir.