Dünya

Tramp mühacirlərin ölkəyə girməsini yenidən sərtləşdirir

5 Yanvar 2018 15:20

ABŞ prezidenti Donald Tramp mühacirlərin ölkəyə girməsi qaydalarını yenidən sərtləşdirilməsini tələb edir.  Bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb. Amerikalı lider hesab edir ki, mühacirlərlə bağlı ABŞ əhalisinin maraqlarına və təhlükəsizliklərinə cavab verə biləcək islahat planı hazırlamaq lazımdır: “Zəncirvari mühacirət bizim təhlükəsizliyimizi və iqtisadiyyatımızı təhdid edən fəlakətdir. O terroristlərə qapı açır. Həmçinin viza lotereyası da iqtisadiyyatımızı və təhlükəsizliyimizi təhdid edir”.

İranda “İnstagram”a tətbiq edilən məhdudiyyət götürüldü

5 Yanvar 2018 15:15

İran hökuməti “İnstagram” sosial şəbəkəsinə tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb. Bunu ölkə parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlirza Rəhimi bildirib.

Bir neçə şəxsdən odlu silah götürüb

5 Yanvar 2018 15:02

Hüquq-mühafizə orqanları bir neçə şəxsdən odlu silah götürüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Bəxtiyar Quluzadədən müfaviq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Yadplanetlilər Azərbaycan sərhədlərinə gəldi – VİDEO

5 Yanvar 2018 14:34

İstifadəçilər Yutub saytında nəhəng meduzanı xatırladan çox qəribə obyektin təsvirinin yer aldığı videoçarx yerləşdiriblər. Videonu naməlum adamlar dəniz səviyyəsindən 5642 metr yüksəklikdə olan Elbrus zirvəsində çəkiblər. Məlumata görə, görüntülər ötən ilin dekabrında qeydə alınıb.

İran hakimiyyəti daxildə bir sıra islahatlara gedəcək

5 Yanvar 2018 14:30

Son günlər cənub qonşumuz İran İslam Respublikası dünyanın diqqətini özünə cəlb etməyi bacarıb desək yanılmarıq. Amma mənfi mənada. Mənfi məna dedikdə, ümumiyyətlə, İslam Respublikası bu günə qədər nə Azərbaycan. Türkiyə kimi yaxın qonşuları, nə də dünyaya müsbət hansısa bir örnək göstərməyib, regionda və dünyadakı sabitliyə, sülhə, təhlükəsizliyə bu və ya formada qatqısı olmayıb. Əksinə nüvə silahı yaratmaq iddiası ilə bəşəriyyət üçün təhlükə yaradıb.

Bir zamanların məşhurunu sevgilsinin qarğışı bu hala saldı - Canlı yayımda ŞOK İDDİA 

5 Yanvar 2018 14:17

Maliyyə baxımından çətin günlər yaşayan və intiharın bir addımlığında olduğunu açıqlayan keçmiş "Arsenal" və "Qalatasarayl"ı Emmanuel Ebouenin açıqlamaları İngiltərənin gündəminə damğa vurmuşdu. 

Rusiya 60 türkü həbs etdi - Çubarov

5 Yanvar 2018 14:13

Rusiya Krım tatarlarına qarşı təzyiqləri gücləndirib. Bunu “5-ci kanal”a müsahibəsində Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov söyləyib. “Krımda həbs edilən tatarların sayı 60-a çatıb. Mən sizə hələ böyük pul cərimələri alan insanlardan bəhs etmirəm. Onların sayı bir neçə yüz nəfərdir.

Məşhur aktyor uzun surən xəstəlikdən sonra vəfat etdi

5 Yanvar 2018 13:56

Türkiyənin məşhur aktyoru Münir Özkul 93 yaşında vəfat edib. Aktyor “Hababam sinfi” filmindəki Mahmud Hoca obrazı ilə məşhurdur. Bundan əlavə aktyor “Nəşəli günlər”, “Mavi Muncuq”, “Arım, balım, pәtәyim”, “Bizim ailə” kimi filmlərdə də rol alıb.

Xizəkçilər kanatda asılı qaldılar - Kurortda təhlükəli anlar - VİDEO

5 Yanvar 2018 13:49

Avstriyadakı xizək kurortunda təhlükəli anlar yaşanıb. Güclü külək səbəbindən hərəkətdə olan kanat enmə məntəqəsinə çata bilməyib və havada qalıb. O, güclü küləyin təsirindən sürətlə sağa-sola doğru yellənib.

Misirdə turistlərlə dolu hava şarı qəzaya uğradı - Ölən var

5 Yanvar 2018 13:35

Misirin cənubundakı Luksor şəhərində hava şarı qəzaya uğrayıb. Məlumata görə, qəza nəticəsində bir amerikalı turist həlak olub, daha 7 nəfər xəsarət alıb. Xəsarət alan turistlər xəstəxanaya yerləşdirilib.

Türkiyədə zəlzələ oldu

5 Yanvar 2018 13:29

Türkiyənin Muğla bölgəsində 4.2 bal gücündə zəlzələ baş verib. Zəlzələ saat 07:33 radələrində Ula rayonunda qeydə alınıb. Zəlzələnin yerin təxminən 7 kilometr dərinliyində baş verdiyi bildirilir. 

30-a yaxın reys təxirə salındı - SƏBƏB

5 Yanvar 2018 13:25

Moskvanın Domodedovo, Vnukovo və Şeremetyevo hava limanlarında 30-a yaxın reys ləngiyir. Buna Moskvada güclü qar yağması və hava limanlarında uçuş-eniş zolaqlarının buz bağlaması səbəb olub.

Şagirdlər müəllimi porno filmdə gördülər və... - FOTOLAR

5 Yanvar 2018 13:05

Çexiyada müəllim işləyən qadın porno filmlərə çəkildiyi üçün işdən qovulub. Adı açıqlanmayan qadın porno filmlərə çəkilmək üçün əvvəlcə paytaxt Praqada seçimlərə qatılıb. O, çəkildiyi 40 dəqiqəlik videoda iki uşaq anası olduğunu və ərindən ayrıldığını bildirir. Daha sonra bədəninə yağ sürtən qadın kişi ilə cinsi əlaqədə olur.

Ərdoğan ABŞ və İsraili İranın daxili işlərinə qarışmaqda günahlandırıb

5 Yanvar 2018 12:36

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrail başda olmaqla, bir sıra ölkələrin İran və Pakistanın daxili işlərinə qarışmasının düzgün olmadığını bəyan edib. R. T. Ərdoğan deyib ki, İraq, Suriya, Liviya, Tunis, Sudan və Çad nümunəsi bu yanaşmanın səhv olduğunu ortaya qoyub. Türkiyə prezidenti qeyd edib ki, qarışıqlıq yaradılan ölkələrin hamısı İslam ölkəsidir: “Bu ölkələrdə zəngin yeraltı sərvətlər var, bu sərvətləri ələ keçirmək üçün addımlar atırlar. Bu həqiqəti Türkiyə xalqı və bütün digər xalqların bilməsi lazımdır. Buna görə də baş verən proseslərə baxışların dəyişməsi gərəkdir. Birilərini yalnız qoymaq istəyənlərin özləri yalnız qalacaq”.