Dünya
Ərdoğan ABŞ və Türkiyə arasında imzalanan hüquqi sənədlərin qüvvəsini itirdiyini bəyan edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York Məhkəməsinin Jürisinin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atilla ilə bağlı qərarına münasibət bildirib. Məlumata görə, R. T. Ərdoğan deyib ki, ABŞ-ın ədalət anlayışı budursa, o zaman dünya yandı.
Məktəblər bağlandı, səfərlər ləğv edildi – Bu ölkədə həyat DONDU
Şimal yarımkürəsini cənginə alan soyuq hava şəraiti ABŞ və Kanadadan sonra Çində də həyatı iflic edib. Kəskin yağışlar və qar fırtınası səbəbilə ölkənin şərq və mərkəz hissələrində təyyarə və qatar səfərləri ləğv edilib, bəzi hava limanlarında buz təbəqəsi əmələ gəldiyi üçün xidmətə bağlı elan edilib. Eyni zamanda, uşaq bağçaları, orta məktəblər 6 günlük tətilə çıxıb. Bəzi muxtar vilayətlərin sakinləri isə elektriksiz qalıb.
Qazaxıstanda güclü şaxta: bərələrin hərəkəti dayandırıldı
Şərqi Qazaxıstan vilayətinin Kurşim rayonunda bərələrin hərəkəti bu gündən dayandırılıb. Buna səbəb bölgədə müşahidə olunan güclü şaxtadır. Hazırda regionda 30 dərəcə şaxta var.
2018 – ci ilə küsülü girən və barışan MƏŞHURLAR
Yıldız Tilbə ilə Sezen Aksunun 25 illik küsülülüyünün ardından növbəti barışıq Seda Sayan və Lerzan Mutlu oldu. Məşhur müğənnilərin barışığı İtaliyada gerçəkləşib. Hələ də bir – birləri ilə uzun zaman küsülü olan və barışan məşhurlar var. Olaylar.az Türkiyə şou –biznesinin küsülü və yeni barışan məşhurların adlarını açıqlayır.
İran bu gün çalxalanacaq – Hər şey YENİDƏN BAŞLAYIR
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) yanvarın 3-də etiraz aksiyalarının yatırıldığını açıqlasa da, dünən gecə paytaxt Tehran və bir çox şəhərlərdə insanlar yenidən küçələrə çıxıb.
Aslı Enver serial çəkilişlərində PROBLEM ÇIXARDI
"İstanbullu Gəlin” serialında Sürəyya xarakterini canalndıran Aslı Enverin geyim seçimləri tənqid edilib. Kino ulduzunun stilisti Aslı Enverdən şikayət edib. Stilistin sözlərinə görə aktrisa serial çəkilişlərində onun seçdiyi geyimləri deyil, öz istədiklərini geyinir.
Yer altından hücum başlayır: Gizli müharibə ANONSU
İŞİD terror qruplaşması İraq və Suriyada məğlubiyyətdən sonra gizli müharibəyə başlaya bilər. Bu haqda Kanada generalı Mayk Rulo bildirib. “İŞİD bundan sonra nə olacaq? Hesab edirik ki, yeraltına enəcəklər”, - general deyib. Onun sözlərinə görə, terror təşkilatı hələ ölü deyil və buna görə də İŞİD-lə mübarizədə sonrakı hərəkətlər üzrə tövsiyələrini hazırlayıblar.
Urmiya gölü tamam quruyur: Son 67 ildə…
Yağıntıların azalması Urmiya gölündə vəziyyəti daha da gərginləşdirib. Bunu jurnalistlərə açıqlamasında Urmiya Gölünün Canlandırma Mərkəzinin Planlaşdırma işləri üzrə müdiri Məsud Təcrişi söyləyib.
Saakaşviliyə hökm oxundu – 3 il
Gürcüstan məhkəməsi Mixail Saakaşvilini qiyabi şəkildə 3 il azadlıqdan məhrum edib. Saakaşviliyə qarşı qərarı Tiflis Şəhər Məhkəməsinin hakimi Georgi Arevadze oxuyub.
Qazaxıstanda 79 azərbaycanlı saxlanıldı - Səbəb
Qazaxıstanın Karakiyan rayonunun Kurık qəsəbəsində 79 Azərbaycan vətəndaşı saxlanılıb. Məlumata görə, ”Enerqomost LTD” şirkətində çalışan azərbaycanlıların rəsmi işləmə iznləri yox imiş.
Koreyanın taleyini dəyişəcək addım – Kim Çen razılaşdı
Şimali Koreya Cənubi Koreyanın ikitərəfli görüş təklifini qəbul edib. Bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyindən informasiya verilib. Görüş 9 yanvar tarixində iki ölkə arasındakı silahsızlaşdırılmış ərazidə yerləşən Panmunjom kəndinin Cənubi Koreyaya aid hissəsində baş tutacaq. Müzakirələr zamanı iki ölkə arasındakı münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımların atılması nəzərdə tutulub.
Makron: Ərdoğanla bunu müzakirə edəcəm
Türkiyədə mətbuat azadlığına müdaxilə edilir. Bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib. Türkiyənin Avropa dəyərlərinə əməl etməsinin vacibliyini vurğulayan Makron Ərdoğanın Parisə səfəri zamanı mətbuat azadlığı məsələsinin müzakirə mövzusu olacağını açıqlayıb.
Ərdoğan: "5600 muzdlu qatil Türkiyədən deportasiya olunub"
İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində 5600 muzdlu qatil Türkiyədən deportasiya olunub. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, İŞİD-lə mübarizə çərçivəsində ölkəyə 54 min nəfərin gəlişinə qadağa qoyulub: "Türkiyə İŞİD-lə mübarizəni davam etdirəcək".
Oğrudan 96 yaşlı yataq xəstəsi qadına qarşı əxlaqsızlıq
Qocalar evinə girən oğru dementia xəstəliyindən əziyyət çəkən 96 yaşlı qadına təcavüz edib. O, televizoru və çemodanları oğurladıqdan sonra qaçıb. İngiltərədə 24 yaşlı Ceyk Moris (Jake Morris) 96 yaşlı yataq xəstəsi olan qadına etdiyi əxlaqsızlığa və oğurluğa görə 6 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Ceyk həbs olunarkən polislərdən biri "Onun cəmiyyətdə yeri yoxdur" deyib.
Ərdoğan səlahiyyətlərini parlamentin spikerinə verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərini parlamentin spikeri İsmayıl Qəhrəmana verib. Bu barədə Türkiyənin "Resmi Gazete"si məlumat verir.














