Məktəblər bağlandı, səfərlər ləğv edildi – Bu ölkədə həyat DONDU

Şimal yarımkürəsini cənginə alan soyuq hava şəraiti ABŞ və Kanadadan sonra Çində də həyatı iflic edib. Kəskin yağışlar və qar fırtınası səbəbilə ölkənin şərq və mərkəz hissələrində təyyarə və qatar səfərləri ləğv edilib, bəzi hava limanlarında buz təbəqəsi əmələ gəldiyi üçün xidmətə bağlı elan edilib. Eyni zamanda, uşaq bağçaları, orta məktəblər 6 günlük tətilə çıxıb. Bəzi muxtar vilayətlərin sakinləri isə elektriksiz qalıb.

Qeyd edək ki, dünən Çin Milli Meterologiya Mərkəzi şiddətli qar yağışı səbəbilə narıncı təhlükə siqnalı vermişdi ki, bu da ikinci ən böyük təhlükə riskindən xəbər verir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31