Koreyanın taleyini dəyişəcək addım – Kim Çen razılaşdı

Şimali Koreya Cənubi Koreyanın ikitərəfli görüş təklifini qəbul edib. Bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyindən informasiya verilib. Görüş 9 yanvar tarixində iki ölkə arasındakı silahsızlaşdırılmış ərazidə yerləşən Panmunjom kəndinin Cənubi Koreyaya aid hissəsində baş tutacaq. Müzakirələr zamanı iki ölkə arasındakı münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımların atılması nəzərdə tutulub.

Qeyd edək ki, ölkələr arasında sonuncu dəfə ikitərəfli görüş 2015-ci ilin dekabrında baş tutmuşdu. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31