2018 – ci ilə küsülü girən və barışan MƏŞHURLAR

Yıldız Tilbə ilə Sezen Aksunun 25 illik küsülülüyünün ardından növbəti barışıq Seda Sayan və Lerzan Mutlu oldu. Məşhur müğənnilərin barışığı İtaliyada gerçəkləşib. Hələ də bir – birləri ilə uzun zaman küsülü olan və barışan məşhurlar var. Olaylar.az Türkiyə şou –biznesinin küsülü və yeni barışan məşhurların adlarını açıqlayır.

 Yıldız Tilbə ilə Sezen Aksunun 25 illik küsülülüyünün ardından növbəti barışıq Seda Sayan və Lerzan Mutlu arasında oldu. Məşhur müğənnilərin barışığı İtaliyada gerçəkləşib. Hələ də bir - biriləri ilə uzun zaman küsülü olan və barışan məşhurlar var. Olaylar.az Türkiyə şou -biznesinin küsülü və yeni barışan məşhurların adlarını açıqlayır.

Demət Akalın və Hande Yaner - hər iki ad Türkiyə müasir estiradasının önəmli simalarıdı. 90 - cı illərdən bu günə qədər müğənnilərin aralarında olan mübahisə ikilinin çıxartdıqları albomların reytinq səviyyəsi açıqlananda daha da alovlanır.

2002 - ci ildə Gülbən Ərgəni bir tədbirə dəvət edən Kadir İnanır müğənninin dəvət gəlməməyində inciyib. Məşhur aktyor tədbirə daha sonra Gülbənin yerinə Ebru yaşarı dəvət edib. İki məşhur hələ də küsülüdü.

"Kral kimdir?" -  mübahisəsi uzun illərdir ki, soyuq münasibətə səbəbdir. İbrahim TatlısəsMahsun Kırmızıgülün 90 - cı illərdə başlayan küsülülüyünün 20 yaşı var.

Məşhur modellər Cansu Dere və Ahu Yağtu arasında incikliyə səbəb Cem Yılmazdır. Yaxın rəfiqəsi Cansu Dərənin sevgilisi Cem Yılmazla ailə həyatı quran Ahu Yağtunun 6 ildir ki, Cansu ilə dostluq əlaqələri bitib.

Ebru Gündeş həyat yoldaşı Rzza Zərrabın həbsindən sonra yaxın dostu Serdar Ortacın ona mənəvi dəstək verməməsi səbəbi ilə inciyib. Sərdar Ebru ilə barışmaq üçün ortaq dostlarının köməyinindən istifadə etsə də, Ebruya güllər göndərsə də müğənni dostunu bağışlamayıb.

2013- cü ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi iftar süfrəsinə qatılan Ajda Pekanın Bülənt Ərsoya salam verməməsi ikili arasında uzunmüddət polemikə sabəb oldu. Bülənt Ərsoyun Ajda haqqında işlətdiyi kobud ifadələrə cavab olaraq super star "Ayıb olsun. Biz onunla bacı qardaş kimi idik" ifadəsi ilə cavab vermişdi.

Müğənni Demət Akalın 4 il küsülü olduğu aparıcı Özləm Yıldız ilə yeni ilin ilk günlərində barışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31