Bir neçə şəxsdən odlu silah götürüb

Hüquq-mühafizə orqanları bir neçə şəxsdən odlu silah götürüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Bəxtiyar Quluzadədən müfaviq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Hüquq-mühafizə orqanları bir neçə şəxsdən odlu silah götürüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Bəxtiyar Quluzadədən müfaviq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi götürülüb.
Aparılan profilaktiki tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasının Qarxanbəyli kənd sakini Ramiz Qəmbərzadə tapdığı nömrələri silinmiş 3 ov tüfəngini və 347 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil verib. Gəncə şəhər sakini Fəxrəddin Abdullayev də tapdığı "AKS" markalı avtomat silahı, süngü bıçağını, 3 ədəd patron darağını və 96 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Kəlbəcər RPŞ-yə təhvil verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31