Dünya
Yeni “Apple” smartfonu nə vaxt buraxılacaq?
ABŞ-ın “Apple” şirkətinin yeni “iPhone SE 2018” smartfonunun martda satışa çıxarılacağı məlum olub. Modelin ucuz versiyasının 2-3 ay sonra buraxılacağı gözlənilir. Qeyd olunur ki, onun texniki xüsusiyyətləri “iPhone 7” smartfonundan zəif olacaq. “Selfie” həvəskarları üçün 12 meqapikselli ön kamera nəzərdə tutulub. 2 giqabaytlıq operativ yaddaşla təchiz ediləcək qurğunun ekran diaqonalının ölçüsü 4 düym təşkil edəcək. Smartfon digər xüsusiyyətlərinə görə “iPhone 7” modelinə uyğun olacaq.
Koreyalıların şüşə kimi hamar dərisinin və cavan GÖRÜNMƏSİNİN SİRRİ
40 yaşında dəri artıq elastikliyini itirir. Çoxları düşünür ki, yaşlılıq əleyhinə bahalı fransız kosmetikaları bu problemi aradan qaldıra bilər. Halbuki, belə deyil. Koreyalarıların dəri baxım məhsulları çoxdan dünya üzrə birincilik qazanıb. Təəccüblü deyil ki, koreyalı qadınlar yaşından çox cavan qalır. Çünki onlar əbədi gəncliyin sirlərini bilirlər.
Məktəbliləri aparan avtobus aşdı - Ölənlər var
Hindistanda məktəb avtobusu yük maşını ilə toqquşub. Məlumata görə, insident Hindistanın İndor şəhərində baş verib. Qəza nəticəsində 6-sı şagird olmaqla 7 nəfərin həlak olduğu bildirilib. 10-dan çox adamın isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat verilib.
Yəməndə difteriya bəlası - 46 nəfər dünyasını dəyişdi
Son bir neçə ay ərzində Yəməndə difteriyadan 46 nəfər dünyasını dəyişib. Məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Tarik Yazareviç deyib.
Çindən istedadlı əcnəbilərə 10 illik viza
Çin alimlərə, sahibkarlara və texnologiya şirkətləri liderlərinə 10 illik viza verəcək. Çinin "Morning Post" qəzetinin xəbərinə görə, Pekin rəhbərliyi istedadlı əcnəbilərin ölkədəki inkişafa töhfə vermələri üçün 5 ildən 10 ilə qədər çoxgirişli viza tətbiqinə başlayıb.
“ABŞ İran üçün “Troya atı” hazırlayır" - Kadırov
Donald Trampın İrandakı etirazçılara yardım etməyi planlaşdırmasını tənqid edən Çeçenistan Respublikasının lideri Ramzan Kadırov ABŞ-ın İran üçün “Troya atı” hazırladığını deyib.
Qərbi Azərbaycanda əməliyyat: Terrorçu dəstə ələ keçirildi
İran Kəşfiyyat Nazirliyi ölkədə iğtişaşlar yaratmaq istəyən terror hücrəsini zərərsizləşdirib, onun üzvləri həbs edilib. Bu barədə informasiyanı İRNA agentliyi yayıb. Agentlik bu terror hücrəsinin İranda etiraz aksiyalarının davam etdirilməsi üçün partlayışlar törətməyi planlaşdırdığını bildirib.
SOS: Oksigen azalır, milyonlarla insan öləcək
Elm adamları 1950-cı ildən bəri okeanların sahil bölgələrində aşağı oksigenli sahələrin 10 qat, sıfır oksigenli sahələrin isə 4 qat artdığını açıqlayıb. Açıqlamada 1950-ci ildən bu yana okeaların 77 milyard ton oksigen itirdiyinə diqqət çəkilib. Oksigen çatışmazlığı səbəbindən həmin bölgələrdə artıq dəniz canlıları da yaşamır. Getdikcə ərazisi böyüyən oksigensiz bölgələr dəniz məhsulları ilə qidalanan yüz milyonlarla insanı ac qoya bilər.
Saakaşvili: "Tbilisi məhkəməsinin qərarı sağlam düşüncəyə ziddir"
Gürcüstanın sabiq prezidentiMixeil Saakaşvili Tbilisi şəhər məhkəməsinin qərarını qanunsuz adlandırıb. O bu barədə "Facebook" səhifəsində yazıb. M.Saakaşvili bildirib ki, qərar Gürcüstanın keçmiş baş naziri, “Qazprom” un ən böyük səhmdarı, milyarder Bidzina İvanişvilinin göstərişi ilə verilib: "Düşünürəm ki, Poroşenko və İvanişvili bununla bağlı razılaşıblar. Bu qərar tamamilə qanunsuzdur və bütün beynəlxalq, milli normalara, sağlam düşüncəyə ziddir".
İntihar etdiyi deyilən 18 yaşlı qızın sevgilisinin mesajları üzə çıxdı - VİDEO
Günlük kirayəlik bir evin pəncərəsindən yıxılan gənc qızı ağır yaralı halda xəstəxanaya çatdırıb, qaçan şübhəli Erhan M.-nin yazdığı təhdid mesajları ortaya çıxıb. 18 yaşlı Buket Şişekin ölümünün intihar, yaxud cinayət olduğu araşdırılıb.
Türkiyədə yeni millətçi partiya yaradıldı
Türkiyədə Ötükən Birliyi Partiyası adlı yeni siyasi təşkilat yaradılıb. Partiya ideoloji xəttinin irqçilik olduğunu və radikal millətçi siyasət yürüdəcəklərini bəyan edib. "Türkü dünyada ən üstün irq olaraq gördüyümüz və "Türkiyə türklərindir" ideyasını bütün dünyaya bəyan etmək üçün siyasi təşkilat qurmuşuq", - deyə partiyanın bəyanatında vurğulanıb.
ABŞ-dakı müsəlmanların sayı açıqlandı
ABŞ-da müsəlmanların sayı 3,45 milyona çatıb. Bu məlumatı Vaşinqtonda yerləşən Pyu adına Araşdırma Mərkəzi açıqlayıb. İnformasiyaya əsasən, son 7 ildə ölkədəki müsəlmanların sayı 700 min nəfər çoxalıb. 2050-ci ildə ABŞ-da müsəlmanlarının sayının 8,1 milyona çatacağı gözlənilir. 2015-ci ildə dünya üzrə müsəlmanların sayı 1,8 milyard olub. 2060-cı ilədək onların sayının 3 milyard olacağı ehtimal edilir.
FTB yenidən Klintonları araşdırmağa başladı
ABŞ Ədliyyə Nazirliyi Klinton Fonduna qarşı yeni araşdırmaya başlayıb. Bu barədə informasiyanı “Hill” qəzeti yayıb. Nazirlik Hillari Klintonun dövlət katibi olduğu zaman bu fonddan qeyri-qanuni şəkildə yararlanmasından şübhələnib. Araşdırmanı ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşlarının apardığı bildirilib.
2012 – ci ildə ayrılmışdılar - Amma indi...
Məşhur türkiyəli aktrisa Vahide Perçin 2012 – ci ildə aktyor olan həyat yoldaşı Altan Gördümdən ayrılmışdı. Olaylar.az bildirir ki, cütlük qızları Alizanın istəyi ilə yenidən bir araya gəliblər. Hazırda nigah yeniləməyə hazırlaşan aktrisa həyat yoldaşı ilə birgə İstanbulda ev axtarır.
Ayrılığın əsl səbəbi məlum oldu
Məşhur müğənni Alişan ilə eks nişanlısı Eda Erolun ayrılıqlarının əsal səbəbi məlum oldu. Olaylar.az bildirir ki, bu haqda müğənninin yaxın dostu, Ece Erken aparıcı olduğu verilişində açıqlama verib. O Alişanla Edanın bir –birilərini anlamaqda çətinlik çəkdiklərini və Eda Erolun 5 dəfə nişan üzüyünü çıxartdığını bildirib. Bundan əlavə aparıcı Edanın dəfələrlə ondan Alişanla onu barışdırmağa dair xahişlər etdiyini bildirib.














.jpg)