Dünya

ABŞ-ın kəşfiyyat şefi istefaya gedir

6 Yanvar 2018 10:29

Amerika Milli Təhlükəsizlik Agentliyinin (NSA) rəhbəri admiral Maykl Rocers yazda istefaya gedəcək. Bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti yayıb.

Gürcülər Ukrayna ordusunu tərk etdi – Gərginlik

6 Yanvar 2018 10:27

Gürcü legionu komandanlığın qanunsuz fəaliyyətlərini səbəb göstərərək Ukrayna ordusunun 54-cü briqadasının tərkibindən çıxıb. Bu barədə legionun Feysbuk hesabında yazılıb.

Yıldırım Türkiyə istehsalı olan silahla qorunacaq

6 Yanvar 2018 10:25

Türkiyənin Baş naziri Binəli Yıldırımın mühafizə dəstəsinə milli istehsal olan yeni MPT-55 avtomatları verilib.  Binəli Yıldırımın “Akif İnan Vəqfi” ziyarəti və cümə namazı zamanı mühafizəçilər məhz MPT-55 avtomatından istifadə edib. Məlumata görə, avtomatlar hələlik yalnız Binəli Yıldırımın cangüdənləri və Çanqaya Köşkünün mühafizəçiləri tərəfindən istifadə edilir.

Tillerson: “ABŞ və Rusiya arasında çox mühüm danışıqlar aparılacaq”

6 Yanvar 2018 10:23

ABŞ və Rusiya “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında müqaviləyə dair çox mühüm danışıqlar aparmağı planlaşdırır.  Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

Süni intellekt alqoritmləri xəstəlikləri diaqnozlaşdıracaq

5 Yanvar 2018 20:05

Bu il Böyük Britaniyanın dövlət xəstəxanalarında həkimlərə ürək və ağciyər xəstəliklərinin diaqnozlaşdırılmasında kömək edəcək ilk süni intellekt alqoritmlərinin tətbiqinə başlanılacaq. Bütün xəstələr süni intellekt xidmətlərindən pulsuz yararlana biləcək.

Yeni texnologiya düşüncənin gücü ilə avtomobili idarə etməyə imkan verəcək

5 Yanvar 2018 19:55

Tamamilə avtonom işləyən avtomobillər hələ kütləvi hal almasa da, bir çox texnologiya şirkətləri yarı avtomat sistemlərin hazırlanması ilə məşğul olur. İndi Yaponiyanın “Nissan” avtomobil istehsalçısı belə sistem təqdim edib. Yeni texnologiya avtomobil sürücüsünün fikrini oxuyaraq öncədən bu əməliyyatı yerinə yetirəcək. Sistem “Brain-to-Vehicle” və ya “B2V” adlandırılıb.

Qış depressiyasının əsas səbəbi açıqlandı

5 Yanvar 2018 19:44

Havalar soyuduqca orqanizmin müqaviməti də azalır. Həmin problemi aradan qaldırmaq üçün onu həm fiziki, həm də psixoloji cəhətdən gücləndirmək və qışa hazırlamaq lazımdır. Qış depressiyası çox tez-tez rast gəlinən problemdi.

“Samsung Galaxy S8” smartfonlar arasında etalon seçilib

5 Yanvar 2018 19:39

“4PDA” nəşri ekspertlərin 2017-ci il buraxılışlı sınaqdan keçirdikləri 150 smartfonun reytinqini tərtib edib. Siyahıda birinci yeri Cənubi Koreya istehsalçısının qabaqcıl “Samsung Galaxy S8” smartfonu tutub.

“Ağıllı” “Samsung” kostyumları idmançılara Olimpiya oyunlarına hazırlaşmağa kömək edir

5 Yanvar 2018 19:34

“Samsung” şirkətinin Niderland bölməsi konkisürmə idman növündə çıxış edən idmançılara məşqlər zamanı nəticələri yaxşılaşdırmağa imkan verəcək “ağıllı” kostyumlar təqdim edib.

Bütün “iPhone” modelləri təhlükə altındadır

5 Yanvar 2018 19:28

“Apple” şirkəti bütün “iMac” və “iPhone” modellərinin prosessorları üçün kritik boşluğun mövcud olmasını etiraf edib. Bu haqda İT nəhənginin saytında deyilir.  

Gündə üç fincan qəhvə içmək insanı diabet və xərçəngdən qoruyur

5 Yanvar 2018 19:23

Gündə üç fincan qəhvə içmək insanı diabet, ürək-damar xəstəlikləri, demensiya (ağıl zəifliyi) və xərçəngdən qoruyur. “British Medical Journal” dərgisinin yazdığına görə, dünya səviyyəsində aparılan araşdırma çox qəhvə içən insanlarda diabet, ürək-damar xəstəlikləri, demensiya və bəzi xərçəng xəstəliklərinə daha az rast gəlindiyini üzə çıxarıb.

Xəbərdarlıq: "Kolbasa qadınlarda xərçəng yaradır"

5 Yanvar 2018 19:17

Şotlandiya alimləri kolbasa və sosiskaların insanda xərçəng xəstəlikləri riskini artırdığı qənaətinə gəliblər.Axar.az xəbər verir ki, müvafiq məlumatla bağlı bəyanat Avropa Xərçəng Jurnalında (EJC) dərc olunub.

8K təsvir ölçüsünə malik ilk 88 düymlük OLED ekran təqdim edilib

5 Yanvar 2018 19:00

“LG” şirkəti Las-Veqasda keçiriləcək ənənəvi “CES” illik sərgisində 8K təsvir ölçüsü və OLED displeyə malik dünyada ilk 88 düymlük televizor təqdim etməyə hazırlaşır.