Bütün “iPhone” modelləri təhlükə altındadır

“Apple” şirkəti bütün “iMac” və “iPhone” modellərinin prosessorları üçün kritik boşluğun mövcud olmasını etiraf edib. Bu haqda İT nəhənginin saytında deyilir.  

"Apple" şirkəti bütün "iMac" və "iPhone" modellərinin prosessorları üçün kritik boşluğun mövcud olmasını etiraf edib. Bu haqda İT nəhənginin saytında deyilir. "Meltdown və "Spectre" adlı 2 təhlükə aşkar edilib. Bu, demək olar  ki, bütün qurğu və əməliyyat sistemlərinə təhlükə yaradır, "Mac" sistemi ilə işləyən bütün kompüterlər və "iOS" qurğuları təhlükə altındadır" - "Apple" şirkətindən bildirilib. Bununla belə qeyd edilir ki, hazırda son istifadəçiyə təsir göstərə biləcək zərərverici kodlar haqda məlumat yoxdur.
 
Şirkətdən bildirilib ki, hakerlər sözügedən boşluqdan istifadə etmək üçün zərərli mobil proqramı qurğuya quraşdırmalıdırlar. Qurğuya belə müdaxilənin qarşısını almaq üçün yalnız "App Store" kimi təhlükəsiz mənbələrə etibar etmək lazımdır. "ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31