Tillerson: “ABŞ və Rusiya arasında çox mühüm danışıqlar aparılacaq”
ABŞ və Rusiya “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında müqaviləyə dair çox mühüm danışıqlar aparmağı planlaşdırır. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
6 Yanvar 2018 10:23 DünyaABŞ və Rusiya "Orta və kiçik mənzilli raketlərin ləğvi" haqqında müqaviləyə dair çox mühüm danışıqlar aparmağı planlaşdırır. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
"İrəlidə bizi Strateji Hücum Silahlarının (SHS) azaldılması və "Orta və kiçik mənzilli raketlərin ləğvi" müqaviləsinə dair çox ciddi danışıqlar gözləyir", deyə dövlət katibi vurğulayıb. R.Tillerson müntəzəm məsləhətləşmələr və yaxud yeni təşəbbüslərin nəzərdə tutulduğunu dəqiqləşdirməyib. Publika.az gazeta.ru-ya istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31