Yəməndə difteriya bəlası - 46 nəfər dünyasını dəyişdi
Son bir neçə ay ərzində Yəməndə difteriyadan 46 nəfər dünyasını dəyişib. Məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Tarik Yazareviç deyib.
5 Yanvar 2018 18:13 DünyaSon bir neçə ay ərzində Yəməndə difteriyadan 46 nəfər dünyasını dəyişib. Məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Tarik Yazareviç deyib.
Onun sözlərinə görə, son bir neçə ay ərzində ümumilikdə 471 difteriyaya yoluxma faktı qeydə alınıb: "Həmin xəstələrdən 46-si dünyasını dəyişib".
ÜST nümayəndəsinin sözlərinə görə, yoluxma faktı daha çox İbb və Əl-Hodeyda vilayətlərində qeydə alınıb. o qeyd edib ki, daha təhlükəli vəziyyət isə İbbdə yaranıb - burada 231 nəfər bu xəsətliyə yoluxub ki, onlardan da 13 nəfəri dünyasını dəyişib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31