Tramp niyə “McDonald's”dan yemək yeyir? – İDDİA və ETİRAZ

ABŞ prezidenti Donald Tramp mübahisələrə səbəb olan "Alov və qəzəb: Tramp Ağ Evdə" kitabının müəllifi Maykl Vulfu (Michael Wolff) böhtan atmaqla günahlandırıb. Bu haqda Tramp "Twitter" sosial şəbəkəsindəki şəxsi hesabında paylaşım edib: "Mən bu saxta kitabın müəllifinin Ağ Evlə əlaqələrini kəsmişəm (əslində mən onu dəfələrlə rədd etmişəm). Mən bu kitab haqqında heç vaxt onunla danışmamışam".

Bildirək ki, kitabda keçmiş Ağ Ev nümayəndəsi Stiven Bannonun Tramp haqqında mübahisələrə səbəb olan açıqlamalarına da yer verilib. Bannon Trampı seçki kampaniyası zamanı Rusiya ilə işbirliyi etməkdə günahlandırıb.

Kitabda həmçinin qeyd olunub ki, Tramp zəhərlənməkdən qorxduğu üçün yeməklərini "McDonaldchr("39")s"dan yeyir.

Kitabda həmçinin qeyd olunur ki, Con Keneddidən (ABŞ-ın 35-ci prezidenti) sonra ilk dəfədir ABŞ prezidenti Ağ Evdə Birinci Xanımla ayrı otaqlara sahibdir".

Qeyd edək ki, kitabda bu kimi mübahisələrə səbəb olan açıqlamalara geniş yer verilib. Bildirək ki, çərşənbə günü kütləvi informasiya vasitələri jurnalist Maykl Vulfun "Alov və qəzəb: Tramp Ağ Evdə" kitabından çıxarışlar edib ictimaiyyətə yayıblar. Ağ Ev isə müəllifi saxtakarlıqda günahlandırıb. Trampın şəxsi vəkili, müəllifə kitabın nəşrlərinin dayandırılması və yayılmasının qarşısının alınması üçün məktub göndərib. 

Kitabın  internetdə "bestseller" (çox satılan) sırasında birinci nömrə olduğu bildirilir. Azadinform xarici mətbuata istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31