İranda “İnstagram”a tətbiq edilən məhdudiyyət götürüldü

İran hökuməti “İnstagram” sosial şəbəkəsinə tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb. Bunu ölkə parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlirza Rəhimi bildirib.

İran hökuməti "İnstagram" sosial şəbəkəsinə tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb. Bunu ölkə parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlirza Rəhimi bildirib.

Qeyd edək ki, ölkədə keçirilən etiraz aksiyalarına görə hökumət "İnstagram" və digər sosial şəbəkələrə məhdudiyyət qoymuşdu. Ə.Rəhimi bir neçə gün əvvəl "Telegram" və "İnstagram" sosial şəbəkələrinə qoyulan mədhidiyyətin müvəqqəti olduğunu və yanvarın 5-də aradan qaldırılacağını söyləmişdi.

Xatırladaq ki, 2017-ci il dekabrın 28-də İranda başlayan etiraz aksiyaları yanvarın 2-dək dava edib. Aksiyalar zamanı baş verən toqquşmalarda 30-a yaxın şəxs öldürülüb, 500-ə yaxın iştirakçı həbs olunub. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31