Tramp mühacirlərin ölkəyə girməsini yenidən sərtləşdirir

ABŞ prezidenti Donald Tramp mühacirlərin ölkəyə girməsi qaydalarını yenidən sərtləşdirilməsini tələb edir.  Bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb. Amerikalı lider hesab edir ki, mühacirlərlə bağlı ABŞ əhalisinin maraqlarına və təhlükəsizliklərinə cavab verə biləcək islahat planı hazırlamaq lazımdır: “Zəncirvari mühacirət bizim təhlükəsizliyimizi və iqtisadiyyatımızı təhdid edən fəlakətdir. O terroristlərə qapı açır. Həmçinin viza lotereyası da iqtisadiyyatımızı və təhlükəsizliyimizi təhdid edir”.

ABŞ prezidenti Donald Tramp mühacirlərin ölkəyə girməsi qaydalarını yenidən sərtləşdirilməsini tələb edir.  Bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb. Amerikalı lider hesab edir ki, mühacirlərlə bağlı ABŞ əhalisinin maraqlarına və təhlükəsizliklərinə cavab verə biləcək islahat planı hazırlamaq lazımdır: "Zəncirvari mühacirət bizim təhlükəsizliyimizi və iqtisadiyyatımızı təhdid edən fəlakətdir. O terroristlərə qapı açır. Həmçinin viza lotereyası da iqtisadiyyatımızı və təhlükəsizliyimizi təhdid edir".

Xatırladaq ki, Amerika məhkəməsi əksəriyyətini müsəlmanlar təşkil etdiyi qaçqınların ABŞ-a girməsini qadağan edən qanunu qismən ləğv etmişdi. Azadinform xarici mətbuata istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31