Dünya

İranda etirazlar: real səbəblər- yoxsa siyasi manevrlər

8 Yanvar 2018 14:30

2017-ci ilin sonunda İranda dövlət əleyhinə başlayan etiraz nümayişləri artıq səngiməkdədir. Müxtəlif məlumatlara görə çıxışlarda irili xırdalı 50-ə yaxın şəhər iştirak etdi, 25- ə qədər insan həlak oldu və mindən yuxarı nümayişçi həbsxanalara atıldı. Nümayişlər sakitləşsə də baş verən hadisələr ətrafında debatlar davam etməkdədir. Konfliktoloq Əlimusa İbrahimov bildirib ki, İranda baş verən hadisələr ətrafında müzakirələr iki səbəbdən bir müddət sakitləşməyəcək kimi görünür: “Birincisi, ona görə ki, İran mövzusu uzun illərdir ki, beynəlxalq aləmi zəbt edib və bundan sonra da illərlə zəbt edəcək.

İranda baş verən aksiyalarda erməni fəallığı

8 Yanvar 2018 14:23

İranda baş verən etiraz aksiyalarında İran erməniləri aktiv iştirak ediblər. “Olaylar”ın əldə etdiyi məlumata görə, yerli ermənilər aksiya iştirakçılarına dəstək veriblər. Belə ki, İran erməniləri ölkənin müxtəlif əyalətlərində baş verən aksiyaların təşkili və davamlı olmasında öz koməklərini əsirgəməyiblər.

Əfqanıstanda 15 İŞİD-çi öldürülüb

8 Yanvar 2018 14:22

Əfqanıstanda hökumət qüvvələri ilə İŞİD terrorçuları arasında baş verən toqquşma zamanı 15 terrorçu öldürülüb, daha 20-si yaralanıb. Məlumata görə, bu barədə "TOLO News" telekanalı yerli hakimiyyət orqanlarına istinadən yayıb. 

İranın tək qadın Nobel sülh mükafatçısı: “Trampın nə dediyi vecimə deyil”

8 Yanvar 2018 14:21

Nobel Sülh Mükafatı laureatı Şirin İbadi Türkiyənin “Habertürk” nəşrinə müsahibə verib. İranın ilk qadın hakimi olan Ş.İbadi ölkəsində baş verən etiraz aksiyalarını şərh edib. 2009-cu ildə İrandan sürgün edilən və Londona köçən 70 yaşlı hakim zorakılıq artmayacaqsa, bir "İran Baharı"nın yaşanacağını, ölkəsinin Suriyadan çox Tunisə bənzəyəcəyini bildirib.

İran hadisələri “ərəb baharı”nın növbəti dalğasıdır?

8 Yanvar 2018 14:04

İranda baş verən son etiraz aksiyaları ilə bağlı müxtəlif fikir və rəylər səsləndirilməkdədir. Görünən odur ki, 10 gündən artıqdır ki, davam edən proseslər heç də göründüyü qədər sadə deyil və olanlar iqtisadi narazılığın fonunda həm daxili, həm də xarici faktorlarla pərçimlənmiş ciddi siyasi hesablaşmanın konturlarını ortaya qoymaqdadır. 

Ustad sənətkardan gənclərə SƏRT SÖZLƏR

8 Yanvar 2018 13:59

Türkiyənin məşhur aktyoru Münir Özkulun dəfnində gənc aktyorların iştirak etməməsi sənət ailəmində etirazlra səbəb olub. Olaylar.az bildirir ki, dəfn mərasimində “Hababm sınfı” –nın aktyorlarından olan İlyas Salman Kıvanç Tatlıtuğ, Kənan İmirzalıoğlu, Engin Altan Düzyatan, Burak Özçivit, Kerem Bursinin dəfn mərasimində iştirak etməməsini sərt sözlərlə tənqid edib.

Baxçalı: "MHP prezident seçkilərində Ərdoğanın namizədliyini dəstəkləyəcək"

8 Yanvar 2018 13:59

Milliyətçi Hərəkat Partiyası (MHP) 2019-cu ilin noyabrında keçiriləcək prezident seçkilərində Türkiyənin hazırkı prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.

Saakaşvili ilə bağlı ərizə göndərilib, gözləyirik... - Tiflis

8 Yanvar 2018 13:57

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ekstradisiyası yalnız Ukrayna orqanlarının qərarından asılıdır. Gürcüstan Baş prokurorunun müavini Georgi Qoqadze ölkədə cinayət törətmiş istənilən şəxsin ədalət qarşısına çıxması üçün hər şeyi edəcəklərini bildirib:  “Bizim Ukraynanın müvafiq səlahiyyətli orqanları ilə münasibətlərimiz var. Saakaşvilinin vətəninə qaytarılması üçün ərizə artıq göndərilib. Hazırda həmin orqanlar Saakaşvilinin Gürcüstana təhvil verilməsi barədə qərar qəbul etməlidirlər”.

Türkiyə islamofobiya üçün komissiya yaratdı

8 Yanvar 2018 13:53

Türkiyə parlamenti Avropa Birliyinin dörd ölkəsində islamofobiyanın öyrənilməsi üçün komissiya yaradıb. Bu barədə informasiyanı “Belga” agentliyi yayıb. Ankaranın tədqiqat mərkəzinə çevirəcəyi ölkələrin Avstriya, Almaniya, Fransa və Belçika olduğu bildirilib: “Komissiya öz işinə sabahdan başlayacaq.

Fransa Rusiya sərhədinə hərbi texnika göndərir

8 Yanvar 2018 13:51

Fransanın 250-dən çox hərbçisi yanvar ayında tanklar və hərbi maşınlarla birgə NATO-nun Litvadakı beynəlxalq batalyonuna qoşulacaq. Bu barədə Litvanın Müdafiə Nazirliyindən informasiya yayılıb.

İrandakı olaylar başlanğıcdır, hədəf Çindir... -  Şok

8 Yanvar 2018 13:50

İran hadisələri başlanğıcdır. Maykl Dandreanın MKİ-də İran bölməsinə rəhbər gətirilməsi Trampın Obamanın İranı bölgə sisteminə inteqrasiya prosesindən imtina edib, daha təsirli fəaliyyətlər sisteminə keçməsinin göstəricisiydi. İranın bölgədə təsirini bu qədər genişləndirməsi İsraili, Səudiyyə Ərəbistanını və qismən də Türkiyəni narahat edib.

500 kiloqram nakrotik maddə aşkarlandı

8 Yanvar 2018 13:43

İstanbul Baş Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşları əməliyyat həyata keçiriblər. Əməliyyat nəticəsində 500 kiloqram narkotik maddə ələ aşkarlanıb.

Yunanıstan NATO –dan imtina etdi

8 Yanvar 2018 13:41

Yunanıstan rəsmiləri artıq hərbiçilərini ölkənin şimalında yeni istifadəyə veriləcək olan Aleksandarpolis şəhəri yaxınlığındakı NATO Hərbi Hava qüvvələrinə məxsus olan aerodromu mühafizə etməyəcəklərini açıqlayıblar. Müxalif mövqeyə sahib olan və Kommunist Partiyasının üzvü olan hərbiçilər bu açıqlamadan öncə  bəzi NATO konvoylarının keçişini əngəlləyərək bir neçə dəfə yolu kəsdikləri məlum olub.  

"Komandirlər bizi zorlayır" - Şimali Koreyanın əsgər qızları

8 Yanvar 2018 13:20

Ballistik raket sınaqları və ABŞ-la yaşanan gərginliklərlə gündəmdən düşməyən Şimali Koreya indi isə ordudakı təcavüz qalmaqalı ilə diqqətləri üzərinə çəkib.

Rusiyanın Donbasdan çıxacağı vaxt AÇIQLANDI

8 Yanvar 2018 13:06

“Rusiya prezidenti Vladimir Putinə Qərbin təzyiqinin gücləndirilməsi və bu ölkədə keçiriləcək seçkilərdən sonra, Rusiyanın Donbasdan çıxarılması üçün əlverişli an yarana bilər”.