İranda baş verən aksiyalarda erməni fəallığı

İranda baş verən etiraz aksiyalarında İran erməniləri aktiv iştirak ediblər. “Olaylar”ın əldə etdiyi məlumata görə, yerli ermənilər aksiya iştirakçılarına dəstək veriblər. Belə ki, İran erməniləri ölkənin müxtəlif əyalətlərində baş verən aksiyaların təşkili və davamlı olmasında öz koməklərini əsirgəməyiblər.

İranda baş verən etiraz aksiyalarında İran erməniləri aktiv iştirak ediblər. "Olaylar"ın əldə etdiyi məlumata görə, yerli ermənilər aksiya iştirakçılarına dəstək veriblər. Belə ki, İran erməniləri ölkənin müxtəlif əyalətlərində baş verən aksiyaların təşkili və davamlı olmasında öz koməklərini əsirgəməyiblər. Hətta sosial-iqtisadi məsələlərlə başlanan aksiyanın siyasi tələblərə yönəlməsində ermənilərin rolu olduğu bildirilir. Aksiyalar zamanı təxribatların törədilməsi, ixtişaşların geniş vüsət almasında erməni təxribatçılarının rolunun böyük olduğu yayılan xəbərlər sırasındadır. Belə ki, ölkədə anarxiya və özbaşınalığın davam etməsi, siyasi tələblərin irəli sürülməsində hökumətdən narazı olan yerli ermənilərin fəallıq nümayiş etdirməsi ölkə rəsmiləri tərəfindən də istisna edilməyib. Əldə edilən digər məlumata görə, İran erməniləri aksiyaların daha geniş vüsət alması, daha çox əyalətləri əhatə etməsində iştirak üçün xaricdən maddi və mənəvi dəstək alıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31