İrandakı olaylar başlanğıcdır, hədəf Çindir... - Şok
İran hadisələri başlanğıcdır. Maykl Dandreanın MKİ-də İran bölməsinə rəhbər gətirilməsi Trampın Obamanın İranı bölgə sisteminə inteqrasiya prosesindən imtina edib, daha təsirli fəaliyyətlər sisteminə keçməsinin göstəricisiydi. İranın bölgədə təsirini bu qədər genişləndirməsi İsraili, Səudiyyə Ərəbistanını və qismən də Türkiyəni narahat edib.
8 Yanvar 2018 13:50 Dünyaİran hadisələri başlanğıcdır. Maykl Dandreanın MKİ-də İran bölməsinə rəhbər gətirilməsi Trampın Obamanın İranı bölgə sisteminə inteqrasiya prosesindən imtina edib, daha təsirli fəaliyyətlər sisteminə keçməsinin göstəricisiydi. İranın bölgədə təsirini bu qədər genişləndirməsi İsraili, Səudiyyə Ərəbistanını və qismən də Türkiyəni narahat edib.
Bunu "Taymtürk" saytına açıqlamasında türkiyəli ekspert Talha Köse söyləyib. "İrana təsir göstərərək, onu içindəki problemlərlə baş-başa qoymaq kimi gözləntilər var idi. Digər problem isə bu yay bankların çökməsiydi. Bu, cəmiyyətdəki ciddi etibarsızlığı ortaya çıxardı. Bankların çökməsində ABŞ-ın nə dərəcədə təsirli olması müəyyən edilməlidir. Amerika sistemli şəkildə İranı qeyri-stabil etmək üçün addımlar atır. Önümüzdəki dönəmdə də bu davam edəcək. Burada Amerikanın İsrail və Səudiyyə Ərəbistanı ilə koordinasiyasının da önəmli rolu var. Digər tərəfdən Suriya və Yəmən böhranı davam edir və bu, İranı sadəcə maddi baxımdan təsir altına salmır. Burada İranın hərbçiləri ölür və bu da cəmiyyətə təsir göstərir", - deyə o bildirib.
Onun sözlərinə görə, İrandakı proseslər sadəcə başlanğıcdır: "Əslində, proseslər İranda yox, Əfqanıstanda nəzarətdən çıxacaq. İpək yolunun Çin, Mərkəzi Asiya, Pakistan və İran yönü var. Bura o qədər kritik nöqtədir ki, son zamanlar Suriyadakı İŞİD-çilərin ABŞ tərəfindən Əfqanıstana daşındığı şayiələri yayılır. Üstəlik, Rusiyanın Əfqanıstanda Talibanla anlaşması ilə bağlı şayiələr var. Pakistanın da orada əməliyyatları davam edir. Əfqanıstandakı gərginliyin İpək yolu ilə bağlı olduğunu görürük. Bu, əslində, Çinin qarşısını almaq üçün təşkil edilən əməliyyatdır.
Trampın Pakistan məsələsini gündəmə gətirməsi təsadüf deyil. ABŞ Pakistanı istədiyi kimi istifadə edə bilmir. Pakistan hazırda Çinlə əlaqələrini gücləndirir. Çin isə Əfqanıstanı məhz Pakistan vasitəsilə idarə etməyə çalışır. Bu, Amerikaya Əfqanıstanda problemlər yaradır". Axar.az