Dünya

Rusiya necə zərərsizləşdiriləcək? - Qlobal faciəyə qarşı “YOL XƏRİTƏSİ”

8 Yanvar 2018 16:55

NATO Rusiyanın sualtı gəmilərinin sayının artmasını böyük narahatlıqla qarşılayır. Rusiyanın sualtı gəmilərinin fəaliyyəti son illər Atlantik okeanı və Aralıq dənizində fəallaşıb.

4400-dən çox azərbaycanlı Almaniya vətəndaşlığı alıb

8 Yanvar 2018 16:22

1992-2016-cı illərdə 4406 Azərbaycan vətəndaşı Almaniya vətəndaşlığı alıb. Bunu Almaniyanın Federal Statistika İdarəsindən bildiriblər. Azərbaycan vətəndaşlarına Almaniya vətəndaşlığı verilməsi ilə bağlı ən yüksək göstərici 2006-cı ildə qeyd alınıb. Həmin il 398 azərbaycanlı Almaniya pasportu alıb. Bu sahədə ən aşağı göstərici isə 1996-cı ilin payına düşür. Belə ki, qeyd edilən il cəmi 2 nəfər Azərbaycan vətəndaşı Almaniya pasportu əldə edib.

Armen Martirosyan: Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi qaçılmazdır

8 Yanvar 2018 16:19

2017-ci il Ermənistanda uzun müddətdir hökm sürən iqtisadi böhranın daha da dərinləşməsi ilə yadda qalıb. İşğalçı ölkədə xüsusən də sənaye və kənd təsərrüfatı sahələri çöküb. Ermənistanın Statistika Xidmətinin məlumatına görə, iqtisadi geriləmə biznes mühitini də çökdürüb. Əhalinin 90 faizinin istehlak həcmi əhəmiyyətli dərəcədə azalıb. Hər 10 nəfərdən doqquzu pis yaşamağa başlayıb.

İranda xalq yenidən dövlətə dəstək aksiyasına çıxdı

8 Yanvar 2018 16:17

Dünən və bu gün İranın 50-dən çox şəhərində kütləvi aksiya keçirən əhali dekabrın son günlərində ölkədə baş verən iğtişaşları pisləyib və dövləti dəstəklədiyini bildirib.

İşğalçı ordunun itkiləri artır: daha iki yaralı

8 Yanvar 2018 16:14

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təxribata cəhd edən Ermənistan ordusunun iki hərbçisi yaralanıb. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Trampa vətən xaini deyən Bannondan geri addım: “O vətənpərvərdi”

8 Yanvar 2018 16:05

Ağ Evin keçmiş baş müşaviri Stiven Bannon ABŞ prezidenti Donald Trampla bağlı açıqlamasına düzəlişlər edib. Keçmiş baş müşavir açıqlama ilə bağlı düzəlişi xəbər portallarının birinə göndərdiyi yazılı açıqlamada edib. S.Bannon açıqlamasında prezident D.Trampdan üzr də istəyib.  O, yazılı açıqlamasında Trampı dəstəklədiyini və onun həqiqi vətənpərvər olduğunu qeyd edib. 

KİV: “Kim Çen İn böyrək çatışmazlığından əziyyət çəkir”

8 Yanvar 2018 16:03

Cənubi Koreyanın “Chosun İlbo” qəzeti Şimali Koreya lideri Kim Çen İnin səhhətində problem olması barədə məlumat yayıb.  Ço Don-unka adlı professor iddia edib ki, Koreya lideri böyrək çatışmazlığından əziyyət çəkir. Ekspert Kim Çen İnin Yeni il haqqında verdiyi bəyanatı analiz edərək bu qənaətə gəldiyini deyib.

Karapetyan Ermənistanı niyə tərk edib?

8 Yanvar 2018 16:01

Ermənistanın baş naziri Karen Karapetyan məzuniyyətə çıxıb.  Məlumata görə, Karapetyanın sözçüsü Aram Araratyan Facebook-da yazıb ki, bazar ertəsindən cümə gününədək məzuniyyətdə olan nazir istirahət günlərini xaricdə keçirəcək.

Sarkisyanın istefaya gedəcəyi tarix bilindi

8 Yanvar 2018 15:57

Erməni parlamenti mart ayının ilk ongünlüyündə yeni prezidenti seçəcək. Ermənistanın İctimai Televiziyası seçilən prezidentin aprelin 9-da vəzifəyə gələcəyi barədə məlumat yayıb.

ABŞ-ın hərbi vertolyotu Okinavaya düşdü

8 Yanvar 2018 15:37

ABŞ-a məxsus AH1 hərbi vertolyotu Yaponiyanın Okinava prefekturasında məcburi eniş edib. Məlumata görə, hadisə ilə bağlı yerli polis xəbər yayıb. Polisin verdiyi məlumata görə, məcburi eniş zamanı vertolyotda olanlardan xəsarət alan olmayıb. Vertolyot yerli hotellərdən birinin yaxınlığında yerləşən tullantıları emal edən stansiyanın meydançasında eniş edib.

Britaniyada şahzadənin toy günü spirtli içkilərin satış müddəti uzadılacaq

8 Yanvar 2018 15:36

Böyük Britaniyada şahzadə Harrinin bu ilin mayında amerikalı aktrisa Meqan Markl ilə toy günü və həmin ərəfədə spirtli içkilərin satışına icazə müddəti uzadılacaq. Məlumata görə, qəbul edilən qərara əsasən, bu ilin 18-19 may tarixlərində Böyük Britaniyada spirtli içkilər yerli vaxtla saat 01:00-dək satılacaq. Hazırda ölkədə spirtli içkilərin satışı saat 23:00-dək həyata keçirilir. Bu cür güzəştlər daha əvvəl kraliça II Yelizavetanın 90 illik yubileyi, şahzadə Uilyamın toyu, eləcə də 2014-cü il futbol üzrə dünya çempionatı müddətində tətbiq olunmuşdu.

İran hadisələrinin SİRRİ AÇILDI: ABŞ-ın əsl hədəfi başqadır

8 Yanvar 2018 15:03

“İrandakı hadisələrin əsas hədəfi Çindir. Hadisələr İranda yox, Əfqanıstanda nəzarətdən çıxacaq. ABŞ yeni super güc olan Çinin dünyaya açılan qapısını – Əfqanıstanı bağlamaq istəyir”.

Türkiyə Qərblə münasibətlərə yenidən nəzər salır

8 Yanvar 2018 14:50

Türkiyə növbəti ildə deyəsən Qərblə münasibətlərə yenidən nəzər yetirmək barədə düşünür. Hər halda 2018-ci ilin ilk günlərindən qardaş ölkənin xarici siyasətində müşahidə edilən proseslər belə deməyə əsas verir.

Suriyada azərbaycanlı İŞİD-çi tutuldu - Video

8 Yanvar 2018 14:44

Türkiyədən Suriyaya keçmək istəyən İŞİD terror qruplaşmasının azərbaycanlı üzvü saxlanılıb. O, YPG kürd dəstələri tərəfindən saxlanılıb. İnternetdə yayılan videoda yaraqlı bildirir ki, adı Razik Maksimovdur və əslən Azərbaycandandır. Onun sözlərinə görə, İŞİD-ə 2015-ci ilin sentyabrında qoşulub və Suriyanın Rakka, Mayadin vilayətlərində, Əbu-Kəmal şəhərində yaşayıb.

NASA Yupiterin ecazkar FOTOSUNU YAYDI

8 Yanvar 2018 14:37

ABŞ Kosmik və Aviasiya Agentliyi (NASA) Yupiter planetinin yeni fotosunu yayımlayıb. Yupiteri tədqiq edən “Yuno” kosmik gəmisi tərəfindən lentə alınan fotoda planetin üzərindəki buludların mavi olduğu görünür. Buludlardakı mavi rəng xüsusi proqram vasitəsilə qabarıqlaşdırılıb.