Britaniyada şahzadənin toy günü spirtli içkilərin satış müddəti uzadılacaq

Böyük Britaniyada şahzadə Harrinin bu ilin mayında amerikalı aktrisa Meqan Markl ilə toy günü və həmin ərəfədə spirtli içkilərin satışına icazə müddəti uzadılacaq. Məlumata görə, qəbul edilən qərara əsasən, bu ilin 18-19 may tarixlərində Böyük Britaniyada spirtli içkilər yerli vaxtla saat 01:00-dək satılacaq. Hazırda ölkədə spirtli içkilərin satışı saat 23:00-dək həyata keçirilir. Bu cür güzəştlər daha əvvəl kraliça II Yelizavetanın 90 illik yubileyi, şahzadə Uilyamın toyu, eləcə də 2014-cü il futbol üzrə dünya çempionatı müddətində tətbiq olunmuşdu.

Qeyd edək ki, şahzadə Harri ilə Meqan Marklın toyu bu il mayın 19-da keçiriləcək. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31