Türkiyə Qərblə münasibətlərə yenidən nəzər salır

Türkiyə növbəti ildə deyəsən Qərblə münasibətlərə yenidən nəzər yetirmək barədə düşünür. Hər halda 2018-ci ilin ilk günlərindən qardaş ölkənin xarici siyasətində müşahidə edilən proseslər belə deməyə əsas verir.

Türkiyə növbəti ildə deyəsən Qərblə münasibətlərə yenidən nəzər yetirmək barədə düşünür. Hər halda 2018-ci ilin ilk günlərindən qardaş ölkənin xarici siyasətində müşahidə edilən proseslər belə deməyə əsas verir. Söhbət bir müddət ölkə Türkiyənin xarici siyasət idarəsi rəhbərinin Almaniyaya, bu günlərdə isə prezident Rəcəb Tayyib Ərdoğanın Fransaya səfərindən gedir. Təkcə yerli deyil, eləcə də beynəlxalq ekspertlər də Ankaranın bu gedişini Türkiyənin Qərblə münasibətlərə yenidən nəzər yetirmək kimi dəyərləndirirlər. Qeyd edilir ki, Türkiyə yalnız Rusiya ilə sıx münasibətlər qurub Qərbdən üz döndərməyin o qədər də doğru siyasət olmadığının fərqindədir. Elə politoloq Məhəmməd Əsədullazadə də belə düşünür. O. bildirib ki, Türkiyə, yenidən Qərb siyasətinə qayıdır. Politoloqun sözlərinə görə, Yaxın Şərqdə və Türkiyə ətrafında dərinləşən geosiyasi proseslər beynəlxalq konyukturada ziddiyətlər fonunda rəsmi Ankaranın Qərblə siyasi münasibətlərin normallaşdırmasına istiqamətləndirdi: "ABŞ generalının Ankaraya səfərindən sonra Birləşmiş Ştatların Türkiyəyə qarşı viza qadağasını ləğv etməsi, Ankara ilə Vaşinoqton arasında buzların əridilməsinə hesablanıb. Viza qadağasının aradan qaldırılmasını, Ağ Evdən fərqli olaraq, Pentaqonun rəsmi Ankaraya verdiyi dəstəyin nümunəsi kimi baxmaq lazımdır. Baxmayaraq ki, Türkiyə ilə Rusiya arasında "S-400" raket komplekslərinin alınması barədə müqavilə imzanlanıb, ancaq Pentaqon Türkiyə ilə hərbi-siyasi əlaqələrə önəm verir. Ona görə də Rusiya ilə Türkiyə arasında hərbi-texniki sazişə rəğmən, Birləşmiş Ştatlar Türkiyə ilə siyasi-strateji əlaqələrə önəm verir. Çünki, Türkiyənin Rusiyanın orbitinə yaxınlaşması Yaxın Şərqdə Amerikanın mövqelərini zəiflədə bilər. Səudiyyə Ərəbistanı, İordaniya və Misirdən fərqli olaraq, Türkiyə regional gücdür və bəlli hədəfləri alır. Birləşmiş Ştatların Türkiyəsiz Yaxın Şərqdə siyasəti fiaskoya uğrayıb. İraqda və Suriyada bunun şahidi oluruq". Politoloq deyib ki, rəsmi Ankara artıq Almaniya və Fransa kimi Avropanın aparıcı dövlətləri ilə də münasibətləri normallaşması istiqamətində siyasi addımlar atır: "Qeyd edim ki, 16 İyul hərbi çevriliş cəhdindən sonra, Almaniya ilə Türkiyə arasında çox ciddi siyasi skandal yaşandı. İki ölkə arasında qarşlıqlı ittihamlar Berlinin Türkiyənin terrorçu adlandırdığı şəxslərə siyasi sığınacaq verməsi əlaqləri qırılma nöqtəsinə yaxınlaşdırırdı. Rəsmi Berlinin son günlərdə Türkiyə qarşı siyasətində korrektlərindən sonra, Türkiyə də eyni mövqeyi sərgilədi. Qeyd edək ki, AKP rəhbərliyinin xarici siyasətində müəyyən düzəlişləri, Qərblə əlaqələrin inkişafı üçün edilən səfərlər Türkiyənin xarici siyasətində korrektlərindən xəbər verir. Çünki, AKP hakimiyyətinin yürütdüyü xarici siyasət, birbaşa Türkiyənin oturuşmuş strateji xarici pioritetlərinə ziddi idi. Xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniya səfəri ardınca, prezident Rəcəb Tayyib Ərdoğanın Fransaya rəsmi səfəri Ankaranın Aropanın iki aparıcı ölkəsi ilə problemlərə son vermək üçün atdığı uğurlu bir siyasi strateji əhəmiyyətli addımdı. Hər iki ölkə NATO çərçivəsində Türkiyə ilə müttəfiq ölkədir. Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə Fransa arasında hərbi-texniki əməkdaşlıq barədə müqavilə bağlandı. Bundan sonra Fransa Türkiyəyə hava hücumundan müdafiə raketləri verəcək. Həmçinin Fransa və İtaliyanın birgə müdafiə sənayeli EUROSAM şirkəti ilə müqavilələrin bağlanması, Türkiyənin artıq Qərblə siyasi əlaqələri yoluna qoyması istiqamətində atdığı uğurlu addımdır. Avropa ilə yaxınlaşmaq kursu, Rusiya ilə münasibətlərdə uzaqlaşma yaxın perspektivdə gözlənilməsə də, müəyyən müddətdən sonra Suriya məsələsində fikir ayrılıqları özünü büruzə verəcək". Məhəmməd Əsədullazadə deyib ki, Türkiyənin Qərblə siyasətində müsbət düzəlişlər bu ölkənin Yaxın Şərqdə və xarici siyasətində manevr imkanlarını genişləndirəcək: "Əgər, Rusiya bu ayın sonunda Soçidə Suriya Milli Konqresinin toplantısına PYD-ni dəvət edərsə, Ankara və Moskva arasında ikitərəfli münasibətlər zəifləyəcək. Bununla da Ankara Qərbin Cenevrə danışıqlarına qatıla bilər".

Qərb Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Yadigar Nağıyev də Türkiyənin Qərblə münasibətlərə yenidən nəzər salmasını təqdir edir və Ankaradan Avropaya baş tutan rəsmi səfərləri müsbət qiymətləndirir: "Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya rəsmi səfər etdi. Türkiyə və Fransa prezidentləri 5 yanvarda Parisdə görüşərək ikitərəfli münasibətləri müzakirə etdilər.  Görüşdə müzakirə olunan mövzular içərisində Türkiyənin Avropa Birliyinə üzv olması qarşısındakı əngəllər və regiondakı terrora qarşı birgə mübarizə də var idi. Görüşdə, Rəcəb Təyyub Ərdoğana, ünvanlanan suallar sərtliyi ilə seçilirdi. Fransa prezidenti Emmanuel Makron mətbuat konfransında bunları dedi: "Dialoq və ortaq iş uzlaşma içindəyəm. Türkiyə ilə terrorla mübarizədə nümunə təşkil edən yaxşı bir əməkdaşlığımız var. Terrorizmlə birlikdə mübarizə aparmağa davam edəcəyik. Bunu güclü dairələr çərçivəsində edəcəyik. Raketdən müdafiə razılaşması imzaladıq. Imzaladığımız təyyarə razılaşması da əhəmiyyətlidir. Sinop Nüvə Stansiyası haqqında danışdıq. Yaxın Şərqdən danışdıq. Fələstin məsələsində mövqelərimiz oxşardır. Qüds hər iki dövlətin paytaxtı olmalıdır. Biz PKK-ya qarşı mübarizə aparırıq, PKK terror təşkilatıdır. Biz İŞİD və digər təşkilatlarla mübarizə aparmağa davam edəcəyik. İŞİD-dən sonra Suriyada sülh və sabitlik təmin edilməlidir. Suriya yol xəritəsində birlikdə çalışmaq istəyirik". Ekspertin qənaətincə, bu çıxışı ilə Makron ilk olaraq, Ərdoğanın gözündə güvənilə biləcək bir prezident imici yaratmaq idi: "Makron açıq şəkildə PKK-nı teror təşkilatı adlandıraraq ona qarşı Türkiyəylə birgə mübarizə aparmağı istədiyini qeyt etdi. Bununla yanaşı, Fransanın Türkiyə kimi də Suriyadakı problemlərin həllində maraqlı olduğunu gördük.

Fransa hazırda Türkiyənin Avropa Birliyinə üzvlüyünə real baxmır. Bunu Makronun suallar cavabından da aydınlaşdırmaq olardı.  Buna baxmayaraq, Paris Türkiyənin Avropa Birliyi ilə sıx dialoqunun davamında maraqlıdır. Digər tərəfdən Makron Fransa-Türkiyə iqtisadi əlaqələrinin inkişafında maraqlıdır. İki dövlət arasındakı əlaqələrin tarixi 500 ildir və bu əlaqələri qorumaq lazımdır. Türkiyənin özü də Fransa ilə əlaqələrdə problem yaşamaq istəmir. Çünki, Türkiyə ilə AB ölkələri arasında əlaqələr çox yaxşı deyl. Türkiyə Cumhurbaşqanı iki ölkə arasındakı ticarət mübadiləsinin həcmini 20 milyard avroya çatdırmağı hədəf qoyub. Bu baxımdan Türkiyə Hava Yolları ilə Airbus arasındakı razılaşma çox əhəmiyyətlidir.

Rəcəb Təyyub Ərdoğanın Avropa Birliyi ilə yanaşması qətidir: "Təəssüf ki 54 ildir bizi qapıda gözlətdirirlər. Fransa, AB-nin əhəmiyyətli bir nümayəndəsidir. Türkiyə kimi başqa bir ölkə AB içində yoxdur. Avropa Birliyinin Türkiyəyə qarşı tələbləri daima artır. Bu ədalətli yanaşma deyil". Yadigar Nağıyev deyib ki, Ərdoğan, Avropa Birliyi ilə Türkiyə arasında qırılma nöqtəsini iqtisadi müqavilələrlə stabilləşdirmək istəyir: 2Fransa isə sadəcə bu oyunun ilk oyunçusudur. Paris də siyasətdə fərqli baxışları arxa palana alaraq Türkiyə ilə iqtisadi münasibətləri inkişaf etdirməkdə maraqlıdır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31