Trampa vətən xaini deyən Bannondan geri addım: “O vətənpərvərdi”

Ağ Evin keçmiş baş müşaviri Stiven Bannon ABŞ prezidenti Donald Trampla bağlı açıqlamasına düzəlişlər edib. Keçmiş baş müşavir açıqlama ilə bağlı düzəlişi xəbər portallarının birinə göndərdiyi yazılı açıqlamada edib. S.Bannon açıqlamasında prezident D.Trampdan üzr də istəyib.  O, yazılı açıqlamasında Trampı dəstəklədiyini və onun həqiqi vətənpərvər olduğunu qeyd edib. 

Qeyd edək ki, mübahisələrə səbəb olan  Maykl Vulfun "Alov və qəzəb: Tramp Ağ Evdə" kitabında Ağ Ev nümayəndəsi Stiven Bannonun Tramp haqqında bildirdiyi açıqlamalarına da yer verilib. Prezident D.Trampı və onun böyük oğlu Donald Trampı ruslarla işbirliyi etdikləri üçün vətən xaini adlandırıb.

Vurğulayaq ki, kitabda, Trampın əqli sağlamlığı prezidentlik vəzifəsini icra etməyə imkan vermədiyi də qeyd olunub. Tramp isə əvəzində kitabdakı iddiaları yalanlayıb. Bannonun isə işini itirdiyi gün əqli sağlamlığını da itirdiyini bildirib.

Qeyd edək ki, 5 yanvar tarixində ictimaiyyətə təqdim edilən kitabın artıq "bestseller" (çox satılan) sırasında birinci nömrə olduğu bildirilir. Azadinform xarici mətbuata istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31