Dünya
“App Store” mağazası yenidən rekord qırır
“Apple” şirkətinin vitse-prezidenti Fil Şiller “App Store” əlavələr mağazasının növbəti rekorda imza ataraq bayram günlərində 890 milyon dollardan çox qazanc əldə etməsini bildirib.
Dünyada “3D” texnologiyası ilə çap edilmiş ilk avtobus dayanacağı təqdim edilib
Çində “3D” printerdə çap edilmiş dünyada ilk avtobus dayanacağı istifadəyə verilib. “3D” çap texnologiyası vaxt keçdikcə geniş tətbiq edilir. Məsələn, ötən ilin oktyabrında Niderlandda “3D” texnologiyası ilə çap edilmiş velosiped körpüsü istifadəyə verilib.
Dünyada ən nazik ultrabuk təqdim olunub
“Acer” şirkəti tərəfindən təqdim edilmiş yeni ultrabuk “4G LTE” vasitəsilə internetə daimi qoşulma, maksimum məhsuldarlıq və yığcamlıq kimi xüsusiyyətlər tələb edən peşəkarlar üçün nəzərdə tutulub.
Kosmetika brendi “iPhone” smartfonu üçün dəri skaneri təqdim edib
“Neutrogena” kosmetika brendi dərinin skan edilməsi üçün “SkinScanner” qurğusunu və “Skin360” mobil əlavəsini təqdim edib. Texnologiya istifadəçinin dəri problemlərini aşkarlayacaq, eləcə də profilaktika üsullarını təklif edəcək.
Jirinovski Putinin qarşısına 200 milyonla çıxdı - Seçki
Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin seçki fondunun məbləği bəlli olub. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası informasiya yayıb. Məlumata görə, 5 yanvar tarixi üçün Jirinovskinin seçki fondunun məbləği 200 milyon rubl təşkil edib.
Tümendə yaşayış binası yanır - Sakinlər təcili təxliyə olunub
Rusiyanın Tümen şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Məlumata görə, hadisə ilə əlaqədar 130-dan çox adamın təxliyə olunduğu bildirilib. Məlumata görə, yanğın 700 kvadrat metrlik ərazini əhatə edib.
Gürcüstanda prezident seçkisi 15 milyon dollara başa gələcək
Gürcüstan Mərkəzi Seçki Komissiyası bu il keçiriləcək prezident seçkisinə 39 136 784 lari (15 mln. dollardan çox) vəsait xərcləyəcək.
Suriyada Türkiyənin hərbi karvanı atəşə tutuldu
Suriyanın İdlib şəhərində Türkiyəyə məxsus hərbi karvana hücum olunub. Naməlum silahlılar türkiyəli hərbçiləri minaatanlardan atəşə tutub. Hücum nəticəsində xəsarət alanların olmadığı bildirilib.
Rusiya sürətli şəkildə məhv EDİLƏCƏK: 18 illik konsepsiyanın DƏHŞƏTLİ DETALLARI
SSRİ və ABŞ arasında 1987-ci ildə bağlanmış qısa mənzilli raketlərin (RSMD) məhv edilməsi haqqında saziş öz dövrünə görə bir sıçrayış idi. Bu, tarixdə nüvə silahlarının ləğv edilməsini nəzərdə tutan ilk saziş idi. Amma indi Rusiya və ABŞ arasında münasibətlərdə etibar yoxdur.
Nazir: “Ermənistanla sərhəddə divar tikməyəcəyik”
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ölkəsi Ermənistan və Gürcüstanla sərhədində divar tikməyəcək. Məlumata görə, Soylu qeyd edib ki, divar əvəzinə, sərhəd təhlükəsizliyinə nəzarət edilməsi üçün Türkiyə hər iki ölkə ilə sərhədi boyu elektron təchizat yerləşdirəcək.
Nyu-Yorkda "Trump Tauer" yanır
Nyu-Yorkda "Trump Tauer" göydələnində yanğın başlayıb. Məlumata görə, yanğının qarşısının alınması üçün bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
“Ağıllı” kolonka polislərə kömək edəcək
Böyük Britaniya polisi əhaliyə kömək və cinayətlərin qarşısının alınması üçün “Amazon” şirkətinin istehsalı olan “ağıllı” “Echo” kolonkasından istifadə edəcək.
Azərbaycanlılara Türkiyədə "iş tapan" şəxslər tutuldu: 250 min dollarlıq fırıldaq - VİDEO
Türkiyədə azərbaycanlıları internet vasitəsilə aldadaraq iş tapmaq adı ilə pul qoparan şəxslər tutulub. Sakarya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində tutulan iki Türkiyə vətəndaşının (C.M. və B.A) 4 il ərzində Azərbaycan və Gürcütandan ümumilikdə 250 nəfərə fırıldaq gəldikləri məlum olub.
Atatürk Hava limanında İNANILMAZ OLAY - Sərnişinləri sayarkən ortaya çıxdı - VİDEO
Saat 09:00-da Atatürk Hava limanında, İstanbul-Antalya səfərinə hazırlaşan təyyarədə uçuş öncəsi hazırlıqlar tamamlandıqdan sonra sərnişinlər sayılıb. Sayım zamanı 1 sərnişin artıq olub.
İordaniyada terror aktlarının qarşısı alınıb - 17 İŞİD-çi saxlanılıb
İordaniyada xüsusi xidmət orqanları terror aktı həyata keçirməyi planlaşdıran 17 nəfəri saxlayıb. Məlumata görə, saxlanılanların İŞİD terror təşkilatının üzvü olduğu ehtimal edilir. Əməliyyat zamanı həmin şəxslərdən silah-sursat aşkar edilib.














