Azərbaycanlılara Türkiyədə "iş tapan" şəxslər tutuldu: 250 min dollarlıq fırıldaq - VİDEO

Türkiyədə azərbaycanlıları internet vasitəsilə aldadaraq iş tapmaq adı ilə pul qoparan şəxslər tutulub. Sakarya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində tutulan iki Türkiyə vətəndaşının (C.M. və B.A) 4 il ərzində Azərbaycan və Gürcütandan ümumilikdə 250 nəfərə fırıldaq gəldikləri məlum olub.

Onlar aldatdıqları şəxslərlə internet vasitəsilə əlaqə qurublar və bunun qarşılığında hərəsindən min dollar pul alıblar. 4 il ərzində aldadılan 250 nəfərdən ümumilikdə 250 min dollar pul alınıb.

Polisə daxil olan şikayət əsasında araşdırmalara başlanılıb. Sakarya polisi C.M-nı Adabazarında, B.A-nı isə Serdivan qəsəbəsindəki evdə ələ keçirib. Məlum olub ki, C.M. 4 fərqli fırıldaqçılıq ittihamı ilə axtarışdadır və 8 il 3 ay həbs cəzası alıb.

B.A isə 3 fırıldaqçılıq ilə axtarışdadır və haqqında 4 il 2 ay həbs cəzası var. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31