Nazir: “Ermənistanla sərhəddə divar tikməyəcəyik”
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ölkəsi Ermənistan və Gürcüstanla sərhədində divar tikməyəcək. Məlumata görə, Soylu qeyd edib ki, divar əvəzinə, sərhəd təhlükəsizliyinə nəzarət edilməsi üçün Türkiyə hər iki ölkə ilə sərhədi boyu elektron təchizat yerləşdirəcək.
8 Yanvar 2018 17:47 DünyaTürkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ölkəsi Ermənistan və Gürcüstanla sərhədində divar tikməyəcək. Məlumata görə, Soylu qeyd edib ki, divar əvəzinə, sərhəd təhlükəsizliyinə nəzarət edilməsi üçün Türkiyə hər iki ölkə ilə sərhədi boyu elektron təchizat yerləşdirəcək. Nazir vurğulayıb ki, Türkiyə ilə İran sərhədində tikiləcək divarın 50%-i artıq hazırdır. Qeyd edək ki, media bundan öncə Türkiyənin Ermənistan və Gürcüstanla sərhədində divar tikəcəyi barədə məlumat yaymışdı. Azadinform.az