Dünya
Acundan Yıldıza JEST
“O səs Türkiyə”də münsif olan Yıldız Tilbə yaxın gunlərdə verilişi ilə yenidən TV –də görünəcək. Olaylar.az bildrir ki, bir müddət əvvəl Star TV, TRT Musiqi, Flaş TV-lərdə verilişi yayımalan müğənni artıq TV8 də efirə çıxacaq.
Tramp yenidən namizəd olacaq
ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli jurnalistlərə bildirib. “Sözsüz ki, Tramp növbəti seçkilərdə yenidən prezidentlik üçün mübarizə aparacaq”.
ABŞ Asiyada zəifləyir, Çin isə... - Rusiya
ABŞ-ın Asiyada təsiri azalır. Bu sözləri öz Tvitter səhifəsində Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov paylaşıb.
Cənubi və Şimali Koreya arasında danışıqlar başladı
Koreya Respublikası ilə KXDR arasında əlaqələrin normallaşdırılması üzrə ilk dialoq start götürüb. Bu barədə Cənubi Koreyanın Vəhdət Nazirliyi məlumat yayıb.
Şərqin yeni ordusu quruldu
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman yeni ordu qurub. “Əl Səif əl Əcrab” adlı xüsusi təyinatlı ordunun 5000 nəfərdən ibarət olduğu bildirilib. “Sabq” və “Əl-Marsad” nəşrlərinin verdiyi xəbərə görə, noyabr ayında kral ailəsinin şahzadələrin, nazirlərin və digər dövlət əhəmiyyətli şəxslərin həbsi məhz bu ordunun vasitəsilə həyata keçirilib.
Türkiyədə kasıb ailələr uşaqlarını ABŞ hərbçilərinə böyük məbləğə satıblar
"ABŞ əsgərləri iki azyaşlı uşağı alıb öz ölkələrinə apardılar. Mənim qızımı da istədilər, amma vermədim". Bu sözləri Türkiyə mətbuatına ölkənin Adana vilayətində yaşayan aztəminatlı ailələrdən biri deyib. Bildirilir ki, Adanaki "İncirlik" aviabazasında yerləşmiş amerikalı hərbçilər iki azyaşlını pul qarşılığında ailələrindən alaraq qanunsuz yolla ABŞ-a göndəriblər.
Prezident seçkilərinin vaxtı açıqlandı
Misirdə növbəti prezident seçkilərinin vaxtı açıqlanıb. Misir Milli Seçki İdarəsinin sədri Laşin İbrahim seçkilərin martda keçiriləcək birinci turunun nəticələrinin aprelin 2-də açıqlanacağını bildirib. O qeyd edib ki, seçkilərin birinci turunda xaricdə yaşayan vətəndaşlar üçün səsvermə martın 16-da, 17-də və 18-də təşkil olunacaq. Misirdə isə seçicilər martın 26-da, 27-də və 28-də səs verə biləcəklər. Birinci turda namizədlərdən biri səslərin 50 faizindən çoxunu toplaya bilməsə, ən çox səs alan iki namizəd ikinci turda mübarizəni davam etdirəcək. İkinci turda isə səsvermə xaricdə yaşayan misirlilər üçün aprelin 19-21-də, ölkədə isə aprelin 24-26-da keçiriləcək.
Qasırğa nəticəsində 29 nəfər həlak oldu
Madaqaskarın şərqində baş verən güclü qasırğa nəticəsində 29 nəfər həyatını itirib. Təbii fəlakət zamanı 3 nəfər yaralanıb, 2 nəfər itkin düşüb.
İŞİD üzvləri həbs edildi
İngilis deputatların “porno” marağı: İllik 113208 baxış
Müharibənin dayandırılmasının İKİ VARİANTI - Sabiq prezidentdən TƏKLİF
Türk əsilli rejissorun filmi “Əcnəbi dildə ən yaxşı film" mükafatına layiq görüldü
Türk əsilli rejissor Fatih Akının filmi “Qızıl qlobus” mükafatına layiq görülüb. Rejissorun “İn The Fade” (“Paramparça”) filmi “Əcnəbi dildə ən yaxşı film" nominasiyasında qalib olub.
Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq
İkinci nəsil “Nokia 6” smartfonu rəsmən təqdim edilib
“HMD Global” şirkəti Çində “Nokia 6” smartfonunun ikinci nəslini təqdim edib. Orta səviyyəli yeni model dəbdə olan çərçivəsiz displeylə təchiz edilməyib, amma smartfonun əsas xüsusiyyətləri məlumdur.
Yeni “Samsung Exynos 9810” prosessoru qurğuların məhsuldarlığını artıracaq
"Samsung" şirkəti yeni "Exynos 9810" prosessorunu təqdim edib. Prosessor qurğuya sifəti tanımağa imkan verəcək süni intellekt texnologiyası ilə təchiz edilib. Beləliklə, Cənubi Koreya şirkətinin gələcək qurğularda "Apple" şirkətinin "Face ID" funksiyasının bənzərindən istifadə edəcəyi ehtimal olunur.














