Dünya
İranda baş verən son hadisələrdə Amerika izi?
İranda baş verən etiraz aksiyalarının inqlaba keçməsinin qarşısı alındı. İranda hökumətə dəstək üçün keçirilmiş izdihamlı nümayişlərin ardınca İnqilab Keşikçiləri Qvardiyasının rəhbəri “azğın qüvvələr” üzərində “tam qələbə” elan edib. General Məhəməd Cəfəri deyib ki, bu qüvvələr İranda anarxiya, asayişi pozmaq və düşmənçilik toxumu” səpmək istəyiblər. O, hökuməti dəstəkləyən nümayişləri “İran xalqının qanunpozanlara qarşı inqilabi kükrəyişinə” bənzədib.
Ərdoğan Gülü AKP-də birliyi pozmaqda ittiham edib
Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə sabiq prezident, AKP-nin qurucularından olan Abdulla Gülü hədəf alıb. Bu gün AKP-nin parlament qrupunun toplantısında çıxış edən R. T. Ərdoğan deyib ki, ökədə baş verən hadisələrə münasibət bildirib, səsini çıxarmayanlar, prezident üsul-idarəsinə keçidlə bağlı referendumda buna qarşı kampaniya aparanlar indi də özlərində söz demək haqqı görürlər.
ABŞ kosmosdakı məxfi peykini itirdi
ABŞ-ın kosmosa göndərdiyi məxfi peyklərdən biri ilə əlaqə kəsilib. ABŞ-ın nəhəng kosmik şirkətləri tərəfindən orbitə buraxılan məxfi “Zuma” peykinin sonuncu kordinasiyaları haqqında məlumat yoxdur. Hazırda peyklə əlaqə tamamilə kəsilib.
ABŞ hərbi gəmisi UKRAYNADA
Ötən gün ABŞ Hərbi Dəniz Donanmasına məxsus USS Carney Esminets gəmi Ukraynanın Odessa limanına yan alıb. Hərbi gəminin Odessa limanında yanvar ayının 11 – nə qədər qalacağı gözlənilir. ABŞ 6- cı Donanmasının bəyanatına əsasən, gəmi dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, NATO - nun regionda üzvü olan ölkələrlə və əməkdaşlıq etdiyi dövlətlərlə əlaqələrin kordinasiyası məqsədi ilə gəlib.
Sarkisyan xəstəxanalıq oldu
Ermənistan prezidenti Serj Sarkisyan xəstəxanaya düşüb. Bu barədə “Jamanak” qəzeti yazıb. Qəzetin məlumatına görə, Sarkisyan xəstəxanaya yerləşdirildiyi üçün Milad bayramı münasibətilə kilsədə keçirilən tədbirə qatıla bilməyib. Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan da Sarkisyanın xəstələndiyini təsdiqləyib. Lakin o, prezidentin xəstəxanaya aparıldığını təkzib edib.
Ermənistanın xarici borcu kəskin artıb
Ötən ilin noyabr ayında Ermənistanın borcu 62 milyon dollar artıb. Ermənistan Milli Statistika komitəsinin yaydığı məlumata görə, 2017-ci ilin 1 dekabr tarixində Ermənistanın xarici borcu 5.1 milyard dollar təşkil edib.
Kamçatka təhlükədə - Güclü siklon yaxınlaşır
Rusiyanın Kamçatka bölgəsinə Sakit okeandan güclü siklon yaxınlaşır. Məlumata görə, sinoptiklər gün ərzində Kamçatkada küləyin sürətinin saniyədə 30 metrədək çatacağını proqnozlaşdırır.
Rusiyalı tarixçi erməni terrorizmini ifşa edəcək
Ermənistanın Rusiyada terrorizm ideologiyasını necə müdafiə etməsi ilə bağlı xeyli sayda sənədlər var. Bu faktlarla sənədli film çəkmək olar. Filmin ssenarisi artıq hazırdır, hətta müəyyən kadrlar da çəkilib. Düşünürəm ki, yanvarın sonu - fevralın əvvəllərində filmi yekunlaşdıra biləcəyəm.
Məşhur müğənni məhkəmə qərarı ilə yaşadığı mənzildən çıxarıldı - FOTO
Məşhur türkiyəli müğənni Davut Güloğlu kirayə yaşadığı mənzildən məhkəmə qərarı ilə çıxarılıb. Olaylar.az bildirir ki, müğənni 7 aydır ki, oğlu Cengizhan Güloğlu və sevgilisi ilə birgə yaşadığı evin aylıq ödənişini etmirmiş. 66 min TL borcu olan 46 yaşındakı müğənnidən məhkəməyə şikayət edən ev sahibinin istəyi üzərinə evə daxil olan 7 icra məmuru mənzildən bir neçə əşya götürüblər.
Parlamentdə BİABIRÇILIQ: deputatların porno videolara baxması aləmi BİR-BİRİNƏ QATDI
Seksual zorakılıq qalmaqallarından yaxa qurtara bilməyən Böyük Britaniya parlamenti ilə bağlı növbəti şok iddia səsləndirilib. "South Wales Guardian” nəşrinin yazdığına görə, 2017-ci il iyun-oktyabr aylarında Britaniya parlamentinin əməkdaşları 24 mindən çox porno saytlara girməyə cəhd ediblər.
Ölən məhkum morqda dirildi - 3 həkim öldüyünü demişdi
İspaniyada bir məhkum üç fərqli həkimin "öldü" diaqnozundan sonra aparıldığı xəstəxananın morqunda oyanıb. Qonzalo Montoya Ximenez adlı məhkumun cəsədinin yarılmasından saatlar öncə şüuru özünə qayıdıb. Ailəsinin dediyinə görə, Ximenezin bədəni oyanmadan öncə yarılmaq üçün hazır vəziyyətə gətirilibmiş. Məhkumun Oviedo şəhərindəki bir xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi deyilir.
"Düşünürəm ki, uşaqlarımı öldürürəm" - 16 qaşıq şəkər tozu və 2 stəkan qəhvə... -
Övladınıza 16 çay qaşığı şəkər tozu ilə qarışdırılmış 2 stəkan kofe içirərsiniz? Yəqin ki, yox... Amma uşaqlarınıza enerji içkiləri alaraq bunu onlara edirsiniz. Hətta bu içkiləri yaşı 5-dən az olan övladlarına da içirənlər var.
Türkiyə buna görə yenidən Avropa ilə yaxınlaşır - Politoloq
Türkiyə Avropaya, Avropa da Türkiyəyə lazımdır. Təbii ki, bu gedişlərlə Türkiyə AB-yə üzv olmayacaq. Amma Avropa Türkiyə kimi güclü bir dövlətin daim onların yanında olmasının tərəfdarıdır.
Ölümcül təhlükə Rusiya sərhədlərində - Putin hücum ƏMRİ VERƏCƏKMİ?
Donbasda Ukrayna hərbiçilərinin sərəncamında artıq ABŞ-dan çatdırılan letal (ölümcül) silahlar var. “BellingCat” layihəsinin Şərqi Avropa və Avrasiya məsələləri üzrə aparıcı tədqiqatçısı Arik Toler bildirib. Onun sözlərinə görə, Ukraynaya ölümcül silahların çatdırılması ətrafında yaranan səs-küy təəccüblü görünür.
Qadınlara qarşı daha bir qadağa aradan qalxdı
Səudiyyə Ərəbistanında qadınlara qarşı olan daha bir qadağa aradan qalxdı. Olaylar.az bildirir ki, artıq qadınlar stadionda futbol oyunlarını izləyə biləcək. Bu haqda xəbəri ölkənin İnformasiya nazirliyi yayıb. Xəbərdə qeyd edilir ki, qadınlar cümə günü Riyad şəhərində Əl –Əhli və Əl – Batih komandalarının oyunlarını izləyə biləcəklər. Bundan əlavə, qadınlar Ciddə və Demmam şəhərlərində də oynanılacaq oyunları izləmə imkanlarına malikdirlər.














