İranda baş verən son hadisələrdə Amerika izi?

İranda baş verən etiraz aksiyalarının inqlaba keçməsinin qarşısı alındı. İranda hökumətə dəstək üçün keçirilmiş izdihamlı nümayişlərin ardınca İnqilab Keşikçiləri Qvardiyasının rəhbəri “azğın qüvvələr” üzərində “tam qələbə” elan edib. General Məhəməd Cəfəri deyib ki, bu qüvvələr İranda anarxiya, asayişi pozmaq və düşmənçilik toxumu” səpmək istəyiblər. O, hökuməti dəstəkləyən nümayişləri “İran xalqının qanunpozanlara qarşı inqilabi kükrəyişinə” bənzədib.

Əlimusa İbrahimov: "İran növbəti dəfə A-İ-S triosunu aldatmağa nail oldu"

İranda baş verən etiraz aksiyalarının inqlaba keçməsinin qarşısı alındı. İranda hökumətə dəstək üçün keçirilmiş izdihamlı nümayişlərin ardınca İnqilab Keşikçiləri Qvardiyasının rəhbəri "azğın qüvvələr" üzərində "tam qələbə" elan edib. General Məhəməd Cəfəri deyib ki, bu qüvvələr İranda anarxiya, asayişi pozmaq və düşmənçilik toxumu" səpmək istəyiblər. O, hökuməti dəstəkləyən nümayişləri "İran xalqının qanunpozanlara qarşı inqilabi kükrəyişinə" bənzədib.
General deyib ki, qanunsuzluqların baş verdiyi əsas üç vilayətdə - İsfahan, Luristan və Həmədanda inqilab keşikçilərinin qüvvələri yerləşdirilib. Lakin fakt ondan ibarətdir ki, azı 21 nəfərin ölümünə və 450 nəfərin həbsinə səbəb olmuş yürüş və nümayişlər ölkədəki dərin parçalanmaları üzə çıxarıb. İndi getdikcə daha çox aydın olur ki, etirazlara səbəb heç də təkcə iqtisadiyyatın ağır vəziyyəti yox, həm də sərt xətt-hərəkət tərəfdarları ilə islahatpərəstlər arasındakı hakimiyyət çəkişməsi olub. Məhz bu amildən xarici antiİran qüvvələri məharətlə istifadə ediblər. Konfliktoloq Əlimusa İbrahimov bildirib ki, 2009-cu ildən bəri İranda baş verən ən güclü etiraz nümayişlərində müxtəlif səbəblər irəli sürülməkdədir və təbii ki, bunların başında Amerika izi dayanır. Bu da təbiidir. Çünki Amerika Birləşmiş Ştatları 1979-cu ildən İranda İslam İnqilabı baş verdikdən bu günə kimi bu ölkəyə qarşı, onun Orta Şərqdə artan nüfuzunu dayandırmaq istiqamətində saysız-hesabsız və müxtəlif səpkidə tədbirlərə, hətta təxribatlar belə əl atmışdır. Orta Şərqdəki müttəfiqləri-İsrail və Səudiyyə Ərəbistanı ilə həyata keçirdikləri bu tədbirlər nəinki İranı zəiflətmişvə onun İslam coğrafiyası boyu yumşaq ekspansiyasının qarşısını almış, hətta bu coğrafiyanı tutmaqda ona yardımçı olmuşdur: "Bu gün İran tədricən ərəb ölkələrini öz ağuşuna almaqdadır. Sadə bir misalı nəzərdən keçirək. İslam İnqilabı baş verdikdən dərhal sonra ABŞ və onun müttəfiqləri bu inqilabı beşiyində boğmaq üçün Səddam Hüseynin başında olduğu İraqı müxtəlif bəhanələrlə İrana qarşı müharibəyə qaldırdılar. İqtisadiyyatı zəif, hərbi gücü və eyni zamanda hərbi sənayesi dağılmış vəziyyətdə olan, yerlərdə üsyan və çıxışların baş alıb getdiyi İran düşünülürdü ki, İraq qarşısında davam gətirə bilməyəcək və çox çəkmədən süquta uğrayacaq. Bu nəticəni gözləyən ABŞ və onun müttəfiqləri uzun müddət müharibənin BMT tərəfindən dayandırılmasına mane oldu. Sonda istədikləri nəticəni ala bilmədikdə və İraqın məğlubiyyətə uğrayacağını gördükdə 10 ilə yaxın bir müddət keçdikdən sonra beynəlxalq ictimaiyyət İran-İraq müharibəsini dayandırmağa məcbur oldu. Politoloqların İran-İraq müharibəsində heç kimin qalib olmadığını iddia etmələrinə baxmayaraq fikrimizcə, İran daha üstün mövqeyə nail oldu. İslam Respublikası hakimiyyətini möhkəmləndirdi, hərbi qüvvələrini yaratdı, sənayeni, xüsusilə hərbi sənayeni inkişaf mərhələsinə qaldırdı. İraq və onun başında dayanan Səddam Hüseyn isə bu müharibənin təsirindən heç zaman özünə gələ bilmədi və indi də xaos və müharibənin içindədir".

Konfliktoloq hesab edir ki, son hadisələri də Amerikanın, yaxud Amerika-İsrael-Səudiyyə triosunun(A-İ-S) İrana qarşı hazırladığı planın tərkib hissəsi kimi nəzərdən keçirənlər mövcuddur və bu dövlət başçılarının, xüsusilə ABŞ-ın Prezidenti Donald Trampın verdiyi bəyanatlar belə nəticə çıxarmağa əsas verir. Hadisələrlə əlaqədar verdiyi tvitlərdə o dəfələrlə İrandakı hadisələri tərifləyir və ABŞ dövlətinin etirazçıların yanında yer tutduğunu bildirir:" Onların səsi eşidilməlidir. Bütün demokratik qüvvələri biz İrandakı hadisələri dəstəkləməyə çağırırıq" və sair kimi fikirlər səslənir. ABŞ-ın BMT-dəki səfiri Nikki Haley də öz növbəsində Trampın bu ritorikasını digər səviyyədə davam etdirmişdir: "İran xalqı azadlıq üçün göz yaşı tökür. Bütün azadlıqsevər insanlar onlarla bir cərgədə durmalıdırlar". Ə.İbrahimovun sözlərinə görə, hadisələrin sonrakı gedişi, daha doğrusu etiraz nümayişlərinin başlandığı kimi nəticəsiz sona çatması və onun əvəzinə hakimiyyət və rejim tərəfdarlarının daha güclü mitinqlərinin başlanması Amerikanın etiraz nümayişlərini qiymətləndirməkdə tələsdiyini sübut etdi: "Hadisələrin baş vermə səbəbləri İran xalqının illərlə yığılıb qalan sosial problemləri ilə birbaşa əlaqəli deyil. Burada müxtəlif səbəblər kompleksi mövcuddur ki, onlardan biri də hakimiyyətin burada aparıcı rol oynamasıdır. Nümayişlər İran rejiminin xeyir duası və ya vasitəçiliyi olmadan bu formada təşkil oluna və bu tezliklə yatızdırıla bilməzdi. Deməli, İran növbəti dəfə A-İ-S triosunu aldatmağa nail oldu. İran hər dəfə olduğu kim bu hadisələrdən də xeyirli çıxmağı bacardı. Əhalidə uzun müddət yığılıb qalan mənfi enerjini uzun müddətə aradan qaldırdı, narazı kütlənin müəyyən hissəsini həbsxanaya göndərdi, narazılıqların real səbəbləri haqqında dolğun informasiya əldə etdi və ən əsası ABŞ və onun region üzrə müttəfiqlərinə mesaj göndərdi ki, ucuz vasitələrlə İrandakı sabitliyi pozmaq mümkün deyil. Daha sanballı vasitələr düşünün.
A-İ-S triosu son İran hadisələrində özlərini tətikləyici qüvvə kimi təqdim etmələrinə baxmayaraq etirazlar onlar üçün də gözlənilməz olmuşdur. Əks halda bu dövlətlərin müdaxilələri təkcə bəyanatlardan ibarət olmazdı".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31