Parlamentdə BİABIRÇILIQ: deputatların porno videolara baxması aləmi BİR-BİRİNƏ QATDI

Seksual zorakılıq qalmaqallarından yaxa qurtara bilməyən Böyük Britaniya parlamenti ilə bağlı növbəti şok iddia səsləndirilib. "South Wales Guardian” nəşrinin yazdığına görə, 2017-ci il iyun-oktyabr aylarında Britaniya parlamentinin əməkdaşları 24 mindən çox porno saytlara girməyə cəhd ediblər.

Seksual zorakılıq qalmaqallarından yaxa qurtara bilməyən Böyük Britaniya parlamenti ilə bağlı növbəti şok iddia səsləndirilib. "South Wales Guardian" nəşrinin yazdığına görə, 2017-ci il iyun-oktyabr aylarında Britaniya parlamentinin əməkdaşları 24 mindən çox porno saytlara girməyə cəhd ediblər.

Parlamentin hər iki palatasının kompüter parkı 8,5 min qurğudan ibarətdir. Onlardan deputatlar, onların köməkçiləri və başqa əməkdaşlar istifadə edirlər. Statistik məlumatları "Wi-Fi Qostevi" qeydə alıb. Hakimiyyət nümayəndəsinin sözlərinə görə, bütün porno saytlar (bir gün ərzində təxminən 160 dəfə, başqa sözlər, hər 9 dəqiqədən bir cəhd) daxil olmaq cəhdləri bloklanıb.

Xatırladaq ki, daha əvvəl İngiltərənin beynəlxalq ticarət üzrə kiçik naziri, Mühafizəkarlar Partiyasından olan deputat Mark Qarnyenin adı seksual zorakılıq qalmaqalında hallanıb. O, öz köməkçisinə seks-oyuncaqlar almaq barədə göstəriş verməkdə ittiham olunub. Məsələ parlament əməkdaşları arasındakı vatsap yazışmasının ortaya çıxması ilə alovlanıb. Böyük Britaniyanın baş naziri Tereza Mey seks-qalma qala görə üzr istəyib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31