Dünya

Sərkisyanın səhhəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib

9 Yanvar 2018 15:10

Ermənistan prezidenti Serj Sərkisyanın səhhəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib. Bunu “Jamanak” qəzeti yazıb. Qəzetin məlumatına görə, S.Sərkisyan yeni il başlayandan ictimaiyyət arasında görünməyib. Onun hazırda “Nairi” Tibbi Mərkəzində müalicə aldığı bildirilib.

Unikal kadrlar: balina alimi xilas etdi - VİDEO

9 Yanvar 2018 14:49

Bu nəhəng balıqların şəfqətli, ağıllı olduqları bəllidir. Lakin onun davranışı məni heyrətləndirdi. Tanınmış amerikalı bioloq, 63 yaşlı Nan Huzerin dediyinə görə, nəhəng donqar balina onu ac köpəkbalığının hücumundan qoruyub, həyatını xilas edib.

"Ana, müəllimimlə belə öpüşürük" - Qızın sözləri müəllimin əxlaqsızlığını üzə çıxartdı

9 Yanvar 2018 14:38

Qızının "Ana, müəllimimlə belə öpüşürük" sözlərini araşdıran ana onun müəlliminin əxlaqsızlığını aşkar edib. Türkiyədə fiziki qüsurlu şagirdlərinə qarşı seksual xarakterli hərəkətlər edən müəllim Yalçın K. 15 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Etiraz aksiyası zamanı saxlanılanların sayı məlum oldu

9 Yanvar 2018 14:28

İranda etiraz aksiyası zamanı saxlanılanların sayı açıqlanıb. Olaylar.az bildirir ki, ölkədə on gündən çox davam edən aksiyada 3 min 700 nəfər saxlanılıb. Xəbəri Amerikan  xəbər agentliyi Tehran Millət vəkili Mahmud Sadiqiyə istinadən yayıb.

Ər-Riyad Suriya müxalifətinə təzyiqi dayandırır - KİV

9 Yanvar 2018 14:17

Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cubeyr dekabrda Suriya müxalifətinə Bəşər Əsəd rejimi ilə qarşıdurma yerinə, daha çox yanvarda keçiriləcək Soçi danışıqlarına diqqət yönəltməyi məsləhət görüb.

Döyüş gələn ay başlayır - Ermənistanı gözləyən TƏHLÜKƏ

9 Yanvar 2018 14:02

Ermənistanda baş nazir postu uğrunda Serj Sarkisyanla Karen Karapetyan arasında siyasi intriqa qızışır. Fevral ayında Ermənistan parlament idarəetmə sisteminə keçəcək. Bundan sonra prezident institutu formal xarakter daşıyacaq.

İçki hər yanvarda 18 min insanın həyatına soy qoyur - ŞOK STATİSTİKA

9 Yanvar 2018 14:00

Rusiyada yanvar ayında başqa aylarla müqayisədə, əsasən Yeni illə bağlı keçirilən içki məclislərinə görə 18 min daha çox rusiyalı ölür. Bu haqda alkoqollu ölüm faizi problemləri və alkoqol siyasəti sahəsində aparıcı Rusiya eksperti Aleksandr Nemtsovun tədqiqatında deyilir.

Tramp psixiatr qəbuluna getməyəcək

9 Yanvar 2018 13:49

ABŞ prezidenti Donald Tramp hər il edilən tibbi müayinə zamanı psixiatr qəbuluna getməyəcək. Bu haqda Ağ Evin mətbuat katibi məlumat verib. Bildirilir ki, jurnalistlərin “prezidentin bu ilki tibbi müayinəsinə psixiatr qəbulu daxil edilibmi?” sualını mətbuat katibi “yox” deyərək cavablayıb.

Kosmonavtın boyu kosmosda 9 sm uzanıb

9 Yanvar 2018 13:46

Yaponiyalı kosmonavt Norişige Kanai Beynəlxalq Kosmik Stansiyada keçirdiyi üç həftə ərzində 9 sm uzandığını bildirib. Bu haqda kosmonavt öz şəxsi “Twitter” hesabında məlumat verib: “Fiziki parametrlərin ölçülməsi ilə bağlı tibbi müayinədən keçdim və məlum oldu ki, mənim boyum anidən 9 sm artıb”. 

Ərdoğan: "Çatlasalar da, partlasalar da, biz bu yolda qətiyyətlə gedəcəyik"

9 Yanvar 2018 13:44

“Türkiyədə hərbi çevriliş cəhdini həyata keçirə bilməyənlər indi fərqli yollar axtarırlar. İndi ABŞ-dakı məhkəmə prosesi Türkiyəni guya iqtisadi baxımdan, FETÖ terror təşkilatı, Mərkəzi Kəşfiyyat İdarəsi və digərləri ilə sıxışdırmaq cəhdidir və 15 iyulun davamıdır. Bu da baş tutmayacaq”. 

Fransada ermənipərəst deputat cəzalandırıldı

9 Yanvar 2018 13:41

Fransa Milli Assambleyasının deputatı, “erməni soyqırımı”nın inkar edilməsinin cinayət hesab olunması ilə bağlı qanun layihəsinin müəllifi Valeri Buaye parlamentdəki köməkçisini səbəbsiz işdən qovduğuna və ona qarşı mənəvi zorakılıq göstərdiyinə görə Eks-an-Provans şəhərinin apellyasiya məhkəməsi tərəfindən cəzalandırılıb.

Türkiyədə həbsdə olan 18 general azadlığa buraxıldı

9 Yanvar 2018 13:39

Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişinə cəhdində iştirakda ittiham olunaraq həbs edilən 18 general azadlığa buraxılıb. Türkiyə mətbuatı yazır ki, FETÖ-nün dövlət çevrilişi planı həyata keçəcəyi təqdirdə həmin generallar ölkəni idarə edəcək heyətə daxil olacaqlarımış.

Nazarbayevin xalqa nəsə vacib sözü var

9 Yanvar 2018 13:37

Qazaxıstan prezidenti Nursultan Nazarbayev yanvarın 9-da xalqa televiziyayla müraciət edəcək. Sözçüsü Aidos Ukibay yerli mediaya deyib ki, Nazarbaev-in xalqa “vacib bəyanat” verəcək.

Ermənilərin yeni Cavaxetiya planları

9 Yanvar 2018 13:29

Zaman-zaman Gürcüstanla Azərbaycan arasında ziddiyyətlər yaratmağa, iki qonşu, dost ölkənin inkişaf etməkdə olan münasibətlərinə zərbə vurmağa çalışan Ermənistan dövləti və erməni lobbisi növbəti təxribatçı planlarına əl atıb. Söhbət Ermənistanın nəqliyyat bılokadasından çıxmağa hesablanmış və işğalçı ölkədən gələn yüklərin Güney Osetiya və Abxaziya üzərindən Rusiya Federasiyasına, eləcə də əks istiqamətdə daşınmasından gedir.

İran aksiyalarına xarici təsirlər

9 Yanvar 2018 13:22

Ötən həftənin ən yadda qalan hadisəsi cənub qonşumuz olan İran İslam Respublikasında baş verən iğtişaşlar, etiraz aksiyası oldu. Qısa müddət ərzində bütün ölkəni bürüyən bu etiraz aksiyaları mövcud İran hakimiyyətini ciddi narahat etmədi desək yanılmış olarıq. Aksiyaçıların bir neçə iri şəhərlərdə polis və asayiş keşikçilərinə dirəniş göstərməsi, hətta onları geri çəkilməyə vadar etməsi o anda daha çox bir ehtimalı ortaya gətirdi. İranda baş verən etiraz aksiyaların arxasında xarici dairələr dayanıb. Xarici dairələr dedikdə isə cənub qonşumuzda ilk növbədə ağıla gələn təbii ki, Birləşmiş Ştatlar oldu. Və elə bir neçə İran rəsmisi də ölkədə baş verən iğtişaşlarda Birləşmiş Ştatları günahlandırdı. İddia edildi ki, Amerika bu yolla İranda hakimiyyəti dəyişməyə çalışır. Ancaq aksiyaların tədricən azalan xətt üzrə getməsi ortaya maraqlı detalları çıxardı və məlum oldu ki, cənub qonşumuzda aksiyaların təşkilində sabiq İran prezidenti Mahmud Əhmədinejad da aktiv olub. Hətta sabiq prezident bir müddət hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı da.