Dünya

ABŞ İrandan sonra Azərbaycanda müharibə başladacaq və... - Farslar AÇIQLADI

9 Yanvar 2018 18:04

İranda aksiyalar dayansa da, baş verənlərin hədəfləri haqda müxtəlif versiyalar və proqnozlar irəli sürülür. Ən maraqlı proqnozlardan biri isə iranlı politoloq Kayhan Barzaqerin fikirləridir.

İranın ali dini lideri iğtişaşlardan danışdı, Amerikanı hədələdi – sensasion ittihamlar

9 Yanvar 2018 18:02

İranın ali dini lideri Ayətullah Əli Xameneyi son hadisələrlə bağlı çıxış edib. Yanvarın 9-da ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə gələn dini lider burada din xadimləri və xalq kütlələri qarşısında son olaylar haqqında geniş çıxış edib. İran dini lideri baş verənləri xarici təxribat adlandırıb. O deyib ki, İranın düşmənləri inqilabdan sonra əksinqilab fəaliyyətlərini davam etdirir. 

Bir ailənin 5 üzvünü öldürənlər məlum oldu

9 Yanvar 2018 17:53

Türkiyənin Kastamonu rayonundakı dəhşətli qətlin üstü açılıb. Yoxa çıxan 5 nəfərlik ailənin heyvan oğruları tərəfindən öldürülərək evlərində yandırıldığı ortaya çıxıb. 

Həcc ziyarətinə təkrar getmək qadağan edilib

9 Yanvar 2018 17:50

Özbəkistanda zəvvarlara qarşı yeni tələblər qoyulub və təkrar Həcc ziyarətinə getməyə məhdudiyyət tətbiq edilib. Bu barədə ölkənin Nazirlər Kabinetinin qərarının mətnində bildirilir.

İranda gündə 60 min heyvanın baş-ayağı yeyilir

9 Yanvar 2018 17:00

İranda gün ərzində 60 min iribuynuzlu və xırdabuynuzlu heyvanın baş-ayağı (xaş) yeyilir. Məlumata görə, bunu İran Aşpazlar Assosiasiyasının sədri Huseyn Rəvasi deyib. O qeyd edib ki, əgər münasib qiymətlər olarsa, gün ərzində hətta 600 min xaş yeyilə bilər. H.Rəvasi bildirib ki, son aylarda xaşın qiymətində xeyli artım müşahidə edilib: "Əgər yay aylarında bir dəst xaşın qiyməti 55 min tümən (26 AZN) idisə, hazırda qiymət 70 min tüməndir (32 AZN)".

Baş nazir jurnalistləri ələ saldı: "Suallarıma bu cavab verəcək"

9 Yanvar 2018 16:56

Tailandın baş naziri suallardan yayınmaq üçün kartondan hazırlanmış maketini jurnalistlərə təqdim edib.  Tailandın baş naziri Prayut Çan-oça jurnalistlərin suallarından bezərək maraqlı üsula əl atıb.

Qaynar suda pişikləri "bişirən" qadın cərimələndi

9 Yanvar 2018 16:52

Rusiyanın Vladimir şəhərində mənzillərdən birində mərkəzi istilik sistemi borusunun partlaması nəticəsində onlarla pişik isti suda yanaraq tələf olub. Məlumata görə, ev sahibəsi öz mənzilinə yalnız pişikləri yemləmək üçün baş çəkirmiş. 

Tunisi etiraz dalğası bürüyüb – Minlərlə insan küçələrdə

9 Yanvar 2018 16:49

İrandan sonra Tunisdə də etiraz aksiyaları başlayıb. Ölkənin 10 əyalətində minlərlə insan bahalaşmaya qarşı nümayişlər keçirir. Məlumata görə, aksiyalar zamanı 1 nəfər həyatını itirib. Nümayişçilər avtomobil təkəri yandıraraq əsas prospektləri bağlayıb, hökumət binalarını atəşə tutub. Polis gözyaşardıcı qazdan istifadə edərək etirazçıları dağıtmağa başlayıb. 

Xameneyi: Xalqın dinc etiraz hüququ var

9 Yanvar 2018 16:41

Xalq öz etirazını dinc şəkildə bildirmək hüququna malikdir, lakin bu aksiyaları zorakı fəaliyyətlə səhv salmaq olmaz. Məlumata görə, bunu İranın ali lideri ayətullah Əli Xameneyi deyib.

Kaliforniyada xəbərdarlıq

9 Yanvar 2018 16:34

Kaliforniya ştatının cənubunda şiddətli yağış və daşqın təhlükəsi barədə xəbərdarlıq edilib. Məlumata görə, bununla əlaqədar 21 minə yaxın adam təxliyyə olunub. Sinoptiklər yaxın günlərdə yağacaq yağışın daşqınlara səbəb ola biləcəyini proqnozlaşdırıblar.

Qatar qəzası: 200 nəfər yaralandı

9 Yanvar 2018 16:32

Cənubi Afrikada daha bir qatar qəzaya uğrayıb. Hadisə nəticəsində 200 nəfər yaralanıb. İohannesburq şəhərində baş verən qəzaya səbəb vaqonların relsdən çıxması olub.

Ermənipərəst Roys Konqresdən gedir

9 Yanvar 2018 16:00

ABŞ Konqresinin Nümayəndələr Palatasının  Xarici İşlər Komitəsinin sədri, ermənipərəst mövqeyi ilə tanınan konqresmen Ed Roys bu il seçkilərdə namizəd olmayacağını açıqlayıb.

Estoniyada həbsdə olan azərbaycanlı narkobaron azadlığa çıxdı

9 Yanvar 2018 15:56

Estoniyanın İda-Viruma qəza məhkəməsi 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, əvvəllər Tallindəki “Bakı”, “Şeş-beş” və “Kişmiş” restoranlarının sahibi olmuş 38 yaşlı azərbaycanlı Əhliman Zeynalovun vaxtından əvvəl azadlığa buraxılması barədə qərar çıxarıb.

İran sakinləri təşvişdə - Səmada UNO görünüb?

9 Yanvar 2018 15:31

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Tehran sakinlərinin gecə saatlarında səmada qəribə işıqlar saçan uçan naməlum obyekt (UNO) görmələri ilə bağlı məlumatları şərh edib.

Trampdan ABŞ dövlət himninə hörmətsizlik

9 Yanvar 2018 15:13

ABŞ prezidenti Donald Tramp himnin sözlərini unudub. O, amerikan futbolunun final matçından öncə səsləndirilən ABŞ himnini oxuya bilməyib. Himn səsləndirilən zaman “Ağ Ev” lideri yalandan dodaqlarını tərpədib. Həmin anlar kameraların obyektivinə tuş gəlib.