Ermənipərəst Roys Konqresdən gedir

ABŞ Konqresinin Nümayəndələr Palatasının  Xarici İşlər Komitəsinin sədri, ermənipərəst mövqeyi ilə tanınan konqresmen Ed Roys bu il seçkilərdə namizəd olmayacağını açıqlayıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının  Xarici İşlər Komitəsinin sədri, ermənipərəst mövqeyi ilə tanınan konqresmen Ed Roys bu il seçkilərdə namizəd olmayacağını açıqlayıb.

Məlumata görə, Roys noyabrda Konqresə keçiriləcək seçkilərə qatılmayacağını vurğulayıb.

Qeyd edək ki, 1992-ci ildən Konqresdə təmsil olunan Roys uydurma erməni soyqırımının ABŞ-da tanınması, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xalqların öz müqəddəratını təyin etmə prinsipini dəstəkləyib. Həmçinin ABŞ-ın Ermənistana investisiya yatırması ilə bağlı məsələlərə dəstək verib. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31