Dünya

Nazirlər işdən çıxarıldı

10 Yanvar 2018 06:59

Polşa Nazirlər Kabinetində 9 nazirin vəzifəsinə son qoyulub. Dekabrın ortasında baş nazir olan Mateus Moravieçki qısa zamanda radikal addım atıb. Onun bu addımı Avropa İttifaqı ilə münasibətləri yenidən düzəltmək üçün atdığı bildirilir.

Dünyanın ən varlı insanı

10 Yanvar 2018 05:59

Nüfuzlu “Bloomberg” nəşri dünyanın ən zəngin adamlarının yeni reytinqini açıqlayıb. ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti 2018-ci ilin əvvəlinə 105,1 milyard dollar təşkil edir. O həmçinin “Blue Origin” özəl aerokosmik agentliyi və “The Washington Post” nəşriyyat evinin sahibidir.

Səfirlər XİN-ə çağırıldı

10 Yanvar 2018 05:57

Türkiyə Suriya ordusunun İdlibdəki təhlükəsizlik zonasının sərhədlərini pozması xəbərindən sonra Rusiya və İranın Ankaradakı səfirlərini XİN-ə çağırıb.  Ankara diplomatlardan Suriya hökumətini təhlükəsizlik zonalarının sərhədlərini pozmamağa çağırmağı xahiş edəcək.

Müsəlman ölkəsində ŞOK OLAY – Homoseksuallar özlərinə toy etdi

10 Yanvar 2018 05:51

Səudiyyə Ərəbistanında həyata keçən homoseksualların toy görüntüləri yayımlanıb. Videoda milli geyimdə iki nəfərin qonaqların arasından keçərək ətrafa şirniyyat səpələdiyi görünür. Görüntülərin kimə aid olduğunu araşdıran polis bir neçə nəfəri həbs edib.

“Apple” şirkəti yeni valideyn nəzarəti sistemini təqdim edəcək

9 Yanvar 2018 20:06

Şirkət valideyn nəzarəti funksiyasının təkmilləşdirilməsi barədə investorların müraciətinə cavab verib. “Apple” şirkəti “iOS” əməliyyat sistemində valideyn nəzarəti funksiyasının yenilənməsi üzərində işləyir. Bu haqda şirkətin nümayəndəsi məlumat verib. Yenilənmiş proqram təminatı valideynlərə uşaqlarını smartfon asılılığından xilas etməkdə yardım edəcək. Şirkətin nümayəndəsinin sözlərinə görə, “Apple” şirkəti etalon valideyn nəzarəti sistemini təqdim etməklə bu sahədə də yenilikçi olmağa ümid edir. Şirkət problemin həllinin vacibliyini anlayır və valideynlərin işini asanlaşdırmağı planlaşdırır.

“iOS 11.2.2” versiyası təqdim olunub

9 Yanvar 2018 19:55

"Apple" şirkəti "iPhone", "iPod Touch" və "iPad" qurğuları üçün "iOS 11.2.2" versiyasını çıxarıb. İstənilən şəxs əməliyyat sisteminin yeni versiyasını yükləyə bilər. Bunun üçün qurğuda sazlamalar bölməsinə daxil olmaq, "Əsas" adlı altmenyuya keçmək və "Proqram təminatının yeniləməsi"ni seçmək lazımdır.

İnsanın immun sisteminin “xəritə”si yaradılacaq

9 Yanvar 2018 19:50

“Microsoft” korporasiyası “Adaptive Diotechnologies” startapını satın alaraq onunla birgə insanın immun sisteminin geniş “xəritə”sinin tərtibini planlaşdırır. Onun vasitəsilə orqanizmdə bütün dəyişiklikləri oxumaq və qeydə almaq mümkün olacaq. Bu, həkimlərə diaqnozları maksimum dəqiqliklə qoymağa imkan verəcək.

2017-ci ildə istifadəçilər mobil proqramlara təxminən 60 milyard dollar xərcləyiblər

9 Yanvar 2018 19:44

“Sensor Tower” şirkətinin məlumatına görə 2017-ci ildə pullu mobil proqramlar, abunə və daxili ödənişlərdən əldə edilən gəlirlər 35% artıb. “App Store” və “Google Play” istifadəçiləri ötən il təxminən 60 milyard dollar xərcləyiblər.

Bu il “Apple” şirkətinin kapitallaşması 1 trilyon dollara çatacaq

9 Yanvar 2018 19:15

Qərb analitikləri 2018-ci ildə ABŞ-ın “Apple” şirkətinin kapitallaşma dəyərinin 1 trilyon dollar təşkil edəcəyini proqnozlaşdırırlar. Bununla ABŞ istehsalçısı bu göstəriciyə nail olan dünyanın ilk kütləvi şirkəti ola bilər. Mütəxəssis və analitiklər tərəfindən vurğulanır ki, hazırda bir ədəd “Apple” səhminin qiyməti 175 dollar təşkil edir.

“AMD” qrafikalı ilk “Core” prosessorları nümayiş olunub

9 Yanvar 2018 19:09

“Intel” şirkəti yanvarın 9-12-də Las-Veqasda keçiriləcək “CES 2018” sərgisi ərəfəsində “AMD RX Vega M” qrafikalı səkkizinci nəsil “Core” prosessorlarını təqdim edib.

Dünyada ilk modulyar televizor təqdim edilib

9 Yanvar 2018 19:04

"Samsung" şirkəti tərəfindən ABŞ-ın Las-Veqas şəhərində start götürmüş "CES 2018" sərgisində təqdim edilmiş 146 düymlük "The Wall" televizorunun ölçüsünü istəyə uyğun dəyişmək olar. Məsələn, istifadəçi, sadəcə, modullar əlavə etmək və ya onları çıxartmaqla panelin ölçüsünü və təsvir ölçüsünü artıra, yaxud azalda və ya onu lazımi formaya sala bilər.

İrandan sonra bu müsəlman ölkəsi də qarışdı - Etiraz

9 Yanvar 2018 18:26

Tunisdə Tebourba əyalətində yaşayış xərclərinin bahalığı və vergi artmalarına etiraz edən nümayişçilərlə təhlükəsizlik orqanları arasında yaranan qarşıdurma zamanı bir nəfər ölüb.

Pentaqon rəhbəri Yaponiyadan üzr istədi

9 Yanvar 2018 18:23

Pentaqonun rəhbəri Ceyms Mettis Yaponiya müdafiə naziri İçunori Onoderoyla telefon danışığı zamanı üzr istəyib. Buna səbəb Amerika helikopterlərinin Yaponiya adalarında təcili eniş etmələri olub. Yaponiya müdafiə naziri isə öz növbəsində Mettisi gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

HƏMAS liderinə sui-qəsd: başından vuruldu

9 Yanvar 2018 18:21

Qəzzada HƏMAS liderlərindən olan 62 yaşlı İmada əl Alamiyə (Əbu Xammama) sui-qəsd təşkil olunub. Sui-qəsd nəticəsində o başından güllə yarası alıb.