Nazirlər işdən çıxarıldı
Polşa Nazirlər Kabinetində 9 nazirin vəzifəsinə son qoyulub. Dekabrın ortasında baş nazir olan Mateus Moravieçki qısa zamanda radikal addım atıb. Onun bu addımı Avropa İttifaqı ilə münasibətləri yenidən düzəltmək üçün atdığı bildirilir.
10 Yanvar 2018 06:59 DünyaPolşa Nazirlər Kabinetində 9 nazirin vəzifəsinə son qoyulub. Dekabrın ortasında baş nazir olan Mateus Moravieçki qısa zamanda radikal addım atıb.
Onun bu addımı Avropa İttifaqı ilə münasibətləri yenidən düzəltmək üçün atdığı bildirilir.
Moravieçki təhlükəsiz ölkə hədəflədiklərini və güclü Polşa inşa etmək istədiyiklərini açıqlayıb.
Qeyd edək ki, Avropa İttifaqı Polşada milliyətçi Hüquq və Ədalət Partiyasının icra etdiyi qanun layihələrinəm görə 2016-cı ilin yanvarında istintaq başlatmışdı. (Qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31